Xiyar
Xiyar diabetik tərəvəzlərdən hesab edilir. Onun 95-98%-ni su təşkil edir ki, bu da onun az kaloriyə malik olmasının göstəricisidir. Xiyarın tərkibində olan maddələr orqanizmin qocalmasının qarşısını alır. Ondan çoxlu miqdarda yedikdə böyrəklərdə olan daşların tökülməsinə səbəb olur. Mütəmadi olaraq xiyar yemək qalxanabənzər vəzin fəalliyyətini yüksəldir. Buna səbəb isə xiyarın tərkibində yodun olmasıdır. Xiyarın tərkibindəki liflər həzm prosesini sürətləndirir, qan damarlarında olan xolesterinin miqdarını azaldır.
Xiyarın tərkibində C, B1, B2 vitaminləri, karotin, xlorofil, fol turşusu, kalium, fosfor, dəmir, natrium, maqnium, xlor, marqanes, sink, xrom və kükürd var.
Xiyarın tərkibindəki kalum orqanizmdən artıq mayenin çıxmasını sürətləndirir. Tərkibində kalorinin az olması xiyarı arıqlamaq üçün ən ideal vasitə edir. Xiyar arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Xiyarın ən yaxşı müalicəvi xüsusiyyətlərindən biri də onun orqanizmdən pis xolesterini xaric etmək qabiliyyətinə malik olmasıdır. Bir sözlə xiyar orqanizmdə əsil təmizləyici funksiya yerinə yetirə bilən tərəvəzlərdən hesab edilir. Xiyar şirəsinin tərkibi orqanizm üçün lazım olan minerallarla zəngindir. O orqanizmin təmizlənməsinə, cavanlaşmasına, dərinin gözəlləşməsinə, ürək-damar sisteminin yaxşılaşmasna, dərinin tonusunun artmasına, yaddaşın yaxşılaşmasına səbəb olur. Xiyar şirəsinin bəlğəmgətirici xüsusiyyəti var. Bu səbəbdən də vərəm xəstəliyi zamanı istifadə edilməsi çox faydalıdır. O sidikqovucu və sinir sistemini sakitləşdirici, iltihab əleyhinə, ağrıkəsici təsirə malikdir. Xiyar şirəsi karbohidrat-yağ mübadiləsinin normallaşmasına səbəb olur və orqanizmi artıq şlaklardan təmizləyir. Buna səbəb isə xiyar şirəsinin qanı təmizləmək qabiliyyətinə malik olmasıdır. Gün ərzində 1 litrə qədər xiyar şirəsi içmək olar, amma, hər dəfə 100 qramdan artıq içilməməsinə diqqət yetirmək lazımdır.
Xiyarnın Ziyanı
Kəskin və xroniki nefrit xəstəlikləri zamanı, xroniki böyrək çatışmazlığında, böyrək daşı xəstəliyi zamanı xiyar şirəsi içən zaman diqqətli olmaq lazımdır.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xiyar" haqqında müzakirə