İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə, o zaman aşağıdakıları mütləq oxuyun.

  • Müəllif: elnare
  • Tarix: 18 may 2017
  • Baxış sayı: 2 049
  • 0 rəy

İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə, o zaman aşağıdakıları mütləq oxuyun.

Limon və çiyələk

  1. 1. İçdiyiniz suyun içərisinə çiyələk, limon qatsanız qəbul elədiyiniz su çox dadlı olacaq. Xoşunuza gəlirsə bu suya rozmarin də əlavə edə bilərsiniz.
  2. 2. Portağal, laym, limonun hərəsindən bir dilim suya salıb içsəniz suyunuzda olan mikroelementlərin miqdarı artacaq, ətirli və dadlı suya çevriləcək. Adları çəkilən meyvələrin qarışımı olmasa, birindən də suya əlavə eləmək suyun dadını dəyişə bilir.
  3. 3. Nanə və ananas dilimi salınmış suyu içmək suyunuzu dadlandırmaqla yanaşı , sizin ürək yanğınızı aradan qaldıracaq və nəfəsinizi təravətləndirəcək.
  4. 4. Moruq və laym
  5. Moruq və laym əlavə edilmiş su da çox dadlı olur və orqanizm üçün çox faydalıdır.
  6. 5. Böyrütkən və adaçayı suya qatıldıqda sudan xüsusi tam gəlir.
  7. 6. Portağal, zəncəfil və ananas
  8. Bu 3 məhsulun qarışımı suda xüsusi bir dadın əmələ gəlməsinə səbəb olur. Qarışım hazırlanıb bankada soyuducuda saxlanılır və lazım olduğu zaman suya əlavə edilir.
  9. 7. Qarpız və rozmarin
  10. Qarpız və rozmarin suya qatıldığı zaman qəbul edilən su orqanizmdə köp və şişkinlik əmələ gətirmir.
  11. 8. Xiyar və nanə
  12. Bu su dadlı olmağı ilə yanaşı orqanizmə detoks təsiri bağışlayır və sərinləşdirici təsir edir.
  13. Əgər dadlı su içmək istəyirsinizsə, və lazım olan zaman əliniz altında istədiyiniz meyvə yoxdursa o zaman xoşunuza gələn ətirli meyvələrdən buz kubiki düzəldib soyuducuda saxlaya bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"İçdiyiniz suyun dadlı olmasını istəyirsinizsə, o zaman aşağıdakıları mütləq oxuyun." haqqında müzakirə