Patisson – ağ balqabaq
Patissonun vətəni digər balqabaqların vətəni sayılan Cənubi Amerikadır. Balqabağın 5000 il əvvəllər Cənubi Amerikada yetişdirildiyi sübut olunmuşdur. Balqabaq Avropa ölkələrinə ispanların Cənubi Ameriakaya hücumundan sonra gətirilmişdir. Patisson balqabağı dünyanın bütün isti ölkələrində yabanı halda bitir.
Patisondan tərəvəz, düyü və üyüdülmüş ət xörəklərinin bişirilməsi zamanı istifadə edilir. Bəzi dünya mətbəxlərində patissonun içərisini qida məhsulları iıə doldurub sobada bişirirlər. Bəzən balqabağın bu növünün çiçəklərindən və cavan yarpaqlarından qidaların dekorativ bəzənməsi zamanı istfadə edilir
Patisson – ağ balqabaqnın Tərkibi
Patisson təzə yetişən zaman o çox gözəl dada malik olur. Onun tərkibində pektin, müxtəlif zülallar, yağlar, şəkər var. Patissonun tərkibində olan şəkər fruktoza və qlükoza şəklində olur və orqanizm tərəfindən yaxşı sorulur.Patissson balqabağının tərkibi minerallarla (fosfor, kalsium, natrium, kalium, dəmir, kolbat, molibden, sink, titan, aliminium və s.) zəngindir. Onun tərkibində B1, B2, C, E vitaminləri, karotin var.
Patisson – ağ balqabaqnın Xeyri
Tərkibinin az kalorili olması onun ən yaxşı dietik qida maddəsi olmasını sübut edir. Patissondan atereskleroz, hipertoniya və azqanlılıq xəstəlikləri zamanı geniş istifadə edilir. Bu tərəvəz maddələr mübadiləsini süətəndirir, ürək-damar, böyrək və qara ciyərin fəaliyyətini normallaşdırır.Alimlər patisson şirəsinin qanda xolesterinin təmizlədiyini sübut etmişlər. Buna səbəb isə onun tərkibində olan lüteinin digər balqabaqlarda olduğundan 3-5 dəfə çox olmasıdır. Lütein həm də antioksidant təsirə malikdir, radikallara qarşı mübarizə aparır, trombları əridir, immuniteti möhkəmləldir. Lütein təbabətdə gəncliyin və uzunömürlülüyün zəmanəti sayılır.
Patissonun çəyirdəyinin 50%-ini qida sənayesində istifadə edilən yağlar təşkil edir. Onun 100 ml-də 603 kakalori var. Bu yağın tərkibi süzülməmiş yağ turşularından ibarətdir. Patissonda olan lesitinin miqdarı yumurtanın tərkibində olandan qat-qat çoxdur.
Balqabağın bu növününü qabıqları qurudulub qəhvəüyüdəndə üyütdükdən sonra toz halına gətirilir. Əldə edilən tozdan 1-2 qaşıq 1 stəkan qaynar suya tökülür və gün ərzində isti halda yeməkdən 15-20 dəqiqə əvvəl içilir. Qarışımdan hazırlanan dəmləmə qara ciyər və böyrəklərin funksiyasını qısa bir zamanda yaxşılaşdırır, zülalların orqanizm tərəfindən sorulmasını sürətləndirir, ödün boşalmasına və qara ciyərdə qlükogenin sintezinin normallaşmasına yardım edir.
Patisson şirəsi orqanizmdən artıq duzların xaric olumasını sürətləndirir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və sinir sistemini sakitləşdirir.
Patisson – ağ balqabaqnın Ziyanı
Patisson şirəsinin yeganə zərəri bağırsaqlarında narahatçılıqları olan xəstələrə dəyir. Belə ki, bağırsaq xəstəliklərindən əziyyət çəkən xəstələr bu şirəni qəbul etdikdə xəstəliyin əlamətləri artır.10 yaşına qədər uşaqlara və şəkərli diabetdən əziyyət çəkənlərə patissonun konservləşməsindən istifafdə eləmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Patisson – ağ balqabaq" haqqında müzakirə