Sağlam qida – Balqabaq.

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 4 305
  • 0 rəy

Balqabaq.
Balqabaq çox qədim zamanlardan qida məhsulu kimi istifadə olunur. Əvvəlcə Avropaya, sonra isə Rusiyaya gətirilib
Balqabaq ən yaxşı sidikqovucu bitkilərdən biridir. Bu, onun tərkibində olan kalium, kaisium, C, B vitaminləri ilə əlaqədardır. Şirəsi bədəndən duzları qovur, qan təzyiqini tənzimləyir.
Tərkibində çoxlu dəmir duzları, şəkər, karotin, zülal var. Balqabaqda tapılan E vitamini orqanizmin qocalmasını ləngidir, dəridə qırışların və yaş ləkələrinin yaranmasının qarşısını alır. Tərkibində karotin yerkökündən 5 dəfə çox olduğuna görə okulistlər görmə qabiliyyəti zəif olan insanlara balqabaq şirəsi içməyi məsləhət görürlər.
Balqabağın tərkibində diyetoloqların çox sevdikləri T vitamini tapılmışdır. Həmin maddə ağır yeməklərin həzmini yaxşılaşdırır və piylənmənin qarşını alır. Balqabaq həm də dəmir saxlayan tərəvəzlər siyahısında liderlik edir.
Hesab olunur ki, kişilərə cinsi qabiliyyəti artırmağa kömək edir. Toxumları qurd əleyhinə əla vasitə olduğunu hamı bilir. Bu məqsədlə təmizlənmiş toxumları səhər acqarına yemək lazımdır. Bundan başqa balqabağın aşağıdakı faydaları var:
– Yuxusuzluq zamanı 2 dəfə 50 qr balqabaq əzməsi vəya bal qatılmış 1/3 stəkan balqabaq bişirməsi qəbul edilir;
– Mübadilə pozğunluqları və qaraciyər xəstəlikləri zamanı gündə 2 dəfə 1/2 kq balqabağın ləti vəya şirəsi qəbul edlir;
– Ürək xəstəlikləri və ödemlər zamanı hər gün ½ stəkan balqabaq şirəsi qəbul edilir;
– Yanıqlar zamanı balqabağın təzə sıxılmış şirəsindən qoyulmuş islatma yaxşı nəticə verir;
– Bağırsaq qurdları zamanı səhər acqarına 80-100qr təmizlənmiş balqabaq toxumu yaxşı çeynənərək yeyilir, 1saatdan sonra 1-2 qaşıq gənəgərçək yağı içilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sağlam qida – Balqabaq." haqqında müzakirə