Nənələrimiz nə deyib? Balqabaq

  • Müəllif: elnare
  • Tarix: 12 yanvar 2017
  • Baxış sayı: 3 480
  • 0 rəy

Nənələrimiz nə deyib? Balqabaq.
Balqabağın tərkibi vitaminlərlə zəngindir.
Xalq təbabətində balqabağın həm tumundan, həm də özündən dərman vasitəsi kimi istifadə edilir. Balqabağın tumu bağırsaqdakı qurdları tökdürmək üşün əvəzsiz dərman vasitəsidir. Bunun üçün balqabağın tumu təmizlənir, qurudulur, üyüdülüb toz halına gətirilir. Sonra onun üzərinə bal əlavə edilib hər səhər acqarına 1 xörək qaşığı yeyilrsə bağırsaqdakı qurdlar tökülür. Müalicə müddətində xəstələrə pəhrizə əməl etmək tapşırılır. Yəni müalicə müddətində xəstəyə duru qidalardan istifadə etmək məsləhət görülür. Müalicə başlamazdan əvvəl birinci gün xəstəyə imalə edilməlidir.
Balqabaq öskürək kəsici kimi də çox faydalıdır.
Balqabaq süddə bişirilib yeyildikdə öskürəkkəsici təsirə malik olur.O əvvəlcə bronxları genişləndirir, sonra da bəlğəmi tökdürür.
Parda bişirilmiş balqabaq soyuqdəymə zamanı sinəyumuşaldıcı təsirə malikdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Nənələrimiz nə deyib? Balqabaq" haqqında müzakirə