Kakao yağının faydaları
Necə seçməli?
Bu yağın tərkibində yağ turşuları vardır ki, bundan ağ şokoladın hazırlanması zamanı istifadə edilir. Bəzi hallarda rafinə edilməmiş kakao yağını marqarin yağı ilə əvəz edirlər. Kakao yağı zərərli trans yağları əvəz edə bilir. Onu alan zaman aşağıdakılara diqqət yetirmək lazımdır:
* Təbii kakao yağı marqarin yağından ucuz olmur.
* Əsil kakao yağı sarı və ya açıq qəhvəyi rəngdə olur. Əgər onun rəngi ağ rəngə meyillidirsə deməli əsil kakao yağı deyil, onun əvəzedicisidir.
* Əsil kakao yağı otaq temperaturunda ərimir və ağ şolokada bənzəyir.
* Əsil kakao yağından kakao ətri gəlir.
Kakao yağının tərkibində az miqdarda vitaminlər var. Onun tərkibində D, A və E vitaminləri var. Tərkibində vitaminlərin az olmasına baxmayaraq onlar orqanizmə öz təsirlərini göstərirlər.
Kakao yağının əsas tərkibi stearin, olein, palmit, linolen yağ turşularından ibarətdir. Kakao yağının tərkibinin yarı hissəsini olein yağı tutur. Bu isə qanda xolesterinin miqdarını azalmasına səbəb olur. Kakao yağı orqanizm üçün faydalı qidalardan hesab edilir. Ondan istifadə eləmək orqanizmdə insult və atereskleroz xəstəliyinin əmələgəlmə riskinin aradan qalxmasına səbəb olur. Onun tərkibində kofein, tanin və ksantin var.
Tərkibində olan yağ turşularına görə kakao yağı hər növ dəriyə regenerasiyaedici təsir bağışlayır. O dəridə olan bütün deffektləri aradan qaldırmaq qabiliyyətinə malikdir. Kakao yağını hətta uşaq dərisinə belə sürtdükdə o allergik reaksiyaların baş verməsinə səbəb olmur. Tərkibində olan maqnium, xlor, dəmir, kalsium və yodun çox olmasına görə o bir çox xəstəliklərin profilaktikasında istifadə edilir. O damar divarlarını möhkəmləndirir, varikoz, atereskleroz və s. xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır.
Kakao yağından davamlı olaraq istifadə eləmək beyin qan dövranının yaxşılaşmasına, allergiya, infarkt, yara və onkoloji xəstəliklərin baş verməsinin qarşısını alır. Alimlər öskürmə zamanı kakao yağının xəstəliyə faydalı olduğunu sübut ediblər. Öskürmə zamanı 1,5 çay qaşığı kakao yağının 1 stəkan isti südə əlavə edib qarışdıraraq gündə 3-4 dəfə içmək lazımdır. Pnevmoniya, vərəm və bronxit xəstəlikləri zamanı kakao yağını balla qarışdırıb içməkdə fayda var. Atereskleroz xəstəliyinin əmələ gəlməməsi üçün hər gün 15 qram kakao yağı yeməkdə fayda var. Xolisisstit zamanı su vannasında əridilmiş 1 xörək qaşığı kakao yağı xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Bu zaman su hamamında ərimiş yağı içdikdən sonra sağ tərəfi üstündə 1-2 saat yatmaq lazımdır. Bunu həftədə 1 dəfə təkrarlamaq xolisitit əlamətlərinin aradan qalxmasına səbəb olur. Uşaqlıq yolunun eroziyası zamanı kakao yağını çaytikanı yağı ilə qarışdıraraq pambıq tamponla uşaqlıq yolunu silmək lazımdır.
Kosmetologiyada tətbiqi
Tərkibindəkilər kakao yağının kosmetologiya sahəsində istifadə edilən ən qiymətli məhsullardan olduğunu bildirir. O dəri qaşınmalarını kəsir, dərini qidalandırır, yumşaldır, elastikliyini aradan qaldırır, dəridəki qırışların aradan qalxmasına səbəb olur. Uzun müddət dəriyə kakao yağı sürtmək dərinin cavanlaşmasına, hüceyrələrin regenerasiyasının artmasına və dərinin möhkəmlənməsinə səbəb olur.
Sağlam və gözəl dəriyə sahib olmaq istəyənlərin dərilərini kakao yağı ilə silmələrində fayda var. Kakao yağını saçlara sürtdükdə saçların sağlam strukturu bərpa edilir, quruluq aradan qalxır və saçqıranlar məhv olur. Bunun üçün yağı su hamamında əritmək və bibər yağı ilə qarışdırmaq lazımdır. Dəriyə qulluq etmək istədikdə ev şəraitində kakao yağından hazırlanmış maskadan istifadə eləmək mümkündür. Bu zaman 1 xörək qaşığı kakao yağına 2 damcı lavanda yağı, 2-3 damcı bibəriyyə yağı əlavə edib dəriyə sürtmək lazımdır. Saçların möhkəmlənməsi və parıldaması üçün ona kakao və rozmarin yağının qarışımını sürtmək və yarım saatdan sonra yumaq lazımdır. Maskanı sürtükdən sonra saçları polietilen torba ilə bükmək və isti dəsmalla bağlamaq lazımdır.
Saçları yumaq üçün istifadə edilən şampuna kakao yağı damızdıraraq da arzu edilən saçlara sahib olmaq mümkündür.
Kakao yağının zərərli xüsusiyyətləri
Kakaoya qarşı allergiyası olanlara onun yağını daxilə və ya xaricə tətbiq etmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kakao yağının faydaları" haqqında müzakirə