Qışda bu dərmandan istifadə edilməməlidir

  • Müəllif: sahane
  • Tarix: 2 fevral 2018
  • Baxış sayı: 2 239
  • 0 rəy

Son aylarda qrip, qoyuqlama, sətəlcəm kimi xəstəliklər artıb.

Bu səbəbdən də insanlar gərəkli gərəksiz bir çox dərmanlardan istifadə edirlər.

İmmunitet.az xəbər verir ki, türkiyəli mütəxəssis Orhan Sezgin belə dərmanların yaratdığı problemlərdən bəhs edib. Onun sözlərinə görə, bu mövsümdə daha çox ağrıkəsicilərdən istifadə edilir:

“Ağrıkəsicilər mədə və bağırsaq sistemini pozaraq orqanizmə zərər verir.

Bu növ dərmanlardan biri də qızdırmanın enməsinə kömək edən həblərdir. Bu, mədənin yüklənməsinə gətirib çıxarır. Həmçinin bu səbəbdən mədə deşilməsi də baş verə bilər".

Həkim, mövsüm dəyişkənliyi yaşanan zamanlarda ən çox mədə bulantısı, halsızlıq, kusma, qızdırma, qarın ağrıları ilə qarşılaşdığını vurğulayıb.

"Bunlara əsas səbəb dərmanlardan çox və gərəksiz istifadədir. İnsanlar unutmamalıdırlar ki, nəzarətsiz, yəni həkim təyinatı olmadan istifadə edilən preparatar onikibarmaq bağırsaqda qanaxmaya səbəb ola bilər ki, bu da istənilməyən nəticələr doğura bilər",-deyə Sezgin söyləyib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışda bu dərmandan istifadə edilməməlidir" haqqında müzakirə