Kimlərdə çiyin yırtığı ola bilər?

  • Müəllif: sahane
  • Tarix: 27 yanvar 2018
  • Baxış sayı: 3 948
  • 0 rəy

Oturaq işlə məşğul olanlar çiyin ağrılarına xüsusi diqqət etməlidirlər. Yanlış duruşlar bir müddətdən sonra çiyin yırtığına səbəb ola bilər.
İmmunitet.az məlumat verir ki, bu barədə türkiyəli mütəxəssis Arel Gereli bildirib. Onun sözlərinə görə, bir çox insanın əziyyət çəkdiyi problemdir. Hər 4 işləyəndən birində bu hal müşahidə edilir. Belə çiyin ağrıları günlük yaşantıya mənfi təsir göstərərək çətinləşdirir.
Acıbadəm xəstəxanasının travmotoloqu Arel Gereli qeyd edib ki, bu xəstəliyə əvvəllər 50 yaşdan sonra rastlanılırdısa, hazırda 30-40 yaşlı insanlarda da əzələ, çiyin yırtığı müşahidə edilir. Həkim, çox diqqət edilməyən, amma vacib olan ağrılar barədə vacib açıqlama verib:
“Xüsusilə uzunmüddət masa arxasında çalışanlar və ya kompüter qarşısında zaman keçirənlər daha çox çiyin, boyun ağrılarından əziyyət çəkirlər. Bu şikayətlərin başlanğıcında duruş pozğunluğu gəlir.
Belələrində sinir sıxışması da müşahidə edilə bilər. Belə vəziyyətlərdə qol irəliyə doğru uzadılır, bu da bel sümüyünün önə daha çox çıxması ilə baş verir. Mövcud vəziyyətdə bəzi əzələlər çox, bəziləri isə daha az çalışır. Nəticədə isə tənzimləmə sistemi pozularaq ağrılar baş qaldırır”.
Mütəxəssis diqqət edilməyən belə ağrıların xroniki hal ala biləcəyini və yırtığa çevrilə biləcəyini vurğulayıb.
“Xüsusilə duruş formasına diqqət edilməlidir. Dik durmalı, bel əyilməməlidir. Günlük stresli iş zamanı buna təəssüf ki diqqət edilmir. Bu səbəbdən də çiyin ağrıları artmağa davam edir”,-deyə Gereli söyləyib.
Əgər keçməyən ağrılar varsa mütləq həkim müayinəsi edilməlidir. Bu sinirlə və ya yırtıqla əlaqəli ola bilər. Bu zaman gərəkli müalicələr başlanılır.
Gereli, belə halların baş verməməsi üçün əyilməyin əvəzinə dik durmağı, çiyinləri isə geridə tutmağın vacib olduğunu bildirib:
“Xüsusilə gecə ağrılar davam edirsə bu təhlükəli ola bilər. Bu zaman mütləq çiyinə ağrlıq edən duruşdan qaçınılmalıdır”.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kimlərdə çiyin yırtığı ola bilər?" haqqında müzakirə