Qrip nədir ?

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 432 474
  • 0 rəy

 

Qrip – burunu , boğazı bəzən də ağciyərləri zədələyən virus infeksiyasıdır. Adətən qrip praktiki sağlam insanlar üçün təhlükəli deyil.

Xəstələnmiş uşaqlara, yaşlı adamlara , xüsusilə ayrı xəstəlikləri olan insanlara bu zaman diqqət yetirmək lazımdır.
Qripin inkşaf səbəbləri.
Qripi törədən viruslar daimi olaraq ətrafımızda mövcuddur. Bu viruslar tez-tez dəyişməyə meyillidir, buna görə də qriplə tez-tez xəstələnmək olar. Virus çox asanlıqla yayılır, xəstə insan asqırdıqda, öskürdükdə,danışdıqda havaya xırda damcılar yaılır. Buna görədə qrip hava damcı yolu ilə yoluxur.
Qripin simptomları.
Xəstəliyin kəsgin dövründə yüksək hərarət, baş ağrısı, əzələlərdə və oynaqlarda ağrılar (əzginlik) olur, sonra isə zökəm , boğazda ağrı baş verir. Belə vəziyyət 1 həftə davam edə bilər. Bəzi hallarda xəstəlik ağciyərlərə yayılaraq bronxit və pnevmoniya əmələ gətirir. Bu hal ən çox yaşlı insanlarda, siqaret çəkənlərdə, astma və digər xəstəlikləri olan insanlarda baş verir.
Siz nə edə bilərsiniz.
Bu zaman hərarət aşağı düşənə qədər dincəlmək, gün ərzində 8 stəkana qədər maye qəbul etmək( su, şirələr, limonlu şirin çay) məsləhət görülür. Tünd çay , kofe ,sipirtli içkilər qəbul etmək məsləhət deyil. Bal ilə qaynar su ilə qarışdırımış təzə limon şirəsi , isti süd bal ilə boğazda ağrını azaldır və quru öskürəyi yüngüləşdirir. Bu zaman yüngül qida yemək məsləhətdir.
Ağrıkəsici və hərarətsalıcı dərmanlar qəbul etmək olar. Uşaqlara aspirin vermək olmaz. Onlara parasetamol vermək məsləhətdir. Dərman qəbul edərkən həkimlə və ya aptek işçisi ilə məsləhətləşmək lazımdır. Nəzərə alın ki , xəstəliyin ilk sipmtoları yarandıqda birici 48 saat müddətində bu preparatları qəbul etmək lazımdır.
Həkim nə edə bilər.
Həkimə dərhal müraciət etmək ( həkim evə çağrılır) və xəstəlik vərəqəsi açmaq lazımdır. Əgər siz işə, dükana və ya digər ictimai yerə gedirsinizsə , nəzərə alın ki, siz ətrafdakıları yoluxdura bilərsiniz, və xəstəlik ağırlaşma ilə nəticələnə bilər. Yaşlı insanlar , tez-tez xəstələnən adamlar, xəstə uşaqlarda hərarət 4 gündən artıq çəkirsə mütləq həkimə müraciət etmək lazımdır. Qrip zamanı antibiotiklər təyin olunmur. Həkim bakterial ağırlaşmalar baş verirsə antibiotiklər təyin edir.
Profilaktik tədbirlər
Əgər sizdə qriplə xəstələnmək ehtimalı və ağırlaşmanın inkşaf riski yüksəkdirsə ( tibb işçilər, polislər, müəllimlər ) həkim sizə peyvənd olunmağı təklif edə bilər. Qripə qarşı vaksinasiya oktyabr- noyabr aylarında aparmaq məsləhətdir. Siz özünüz həkimə və ya peyvənd mərkəzlərinə müraciət edə bilərsiniz. Aparılan vaksinasiya xəstələnməməya 100% zəmanət vermir, lakin xəstələnmə riskini xeyli azaldır.
Vaksinlər virusların növülərindən asılı olaraq hər il dəyişilir. Vaksinasiya 6 aydan aşağı uşaqlara, toyuq zülalına qarşı allergiyası olan insanlara ,qrip vaksininə qarşı reaksiyası olan insanlara aparılmır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qrip nədir ?" haqqında müzakirə