Göbələk xəstəliyinin təbii üsullarla müalicəsi

  • Müəllif: sahane
  • Tarix: 26 yanvar 2018
  • Baxış sayı: 69 148
  • 6 rəy

Göbələk xəstəliyi insanı narahat edən problemlərdən biridir.

İmmunitet güclü olarsa göbələk xəstəliyindən asan qurtulmaq mümkündür. Tibbi müdaxilələrlə yanaşı xalq təbabəti üsulu ilə də göbələklə mübarizə edilir.

Müalicə zamanı istifadə edilən əsas üsullardan biri sarımsaqla müalicə formasıdır.

Göbələk xəstəliyi ilə mübarizə zamanı sarımsağı çiy olaraq istifadə etmək daha tez və müsbət effekt verir. Hər gün 2 və ya 3 baş sarımsağı yeməklərinizdə istifadə etməyiniz tövsiyə edilir.

Türkiyəli mütəxəssislər bildirib ki, göbələk xəstəliyindən əziyyət çəkənlər kök, kartof, turp kimi tərəvəzlərdən uzaq durmalıdırlar. Belə qidalar əvəzinə tərkibində nişasta az olan brokoli, gül kələmi kimi tərəvəzlərdən istifadə etmək məsləhətdir.

Qeyd edək ki, şirin qidalar göbələk xəstəliyinin yayılması üçün şərait yaradır.

Ayran, qatıq kimi süd məhsulları orqanizmdə yerləşən faydalı mikrobları artıraraq göbələk xəstəliyinə qarşı immunitet yaradır.

Zərdəçal(sarıkök) və darçın kimi ədviyyatlar göbələk xəstəliyinə qarşı müsbət təsir göstərir.Bu araşdırmalar zamanı da sübut olunub.

Bunun üçün bir çay qaşığı zərdəçalı bir stəkan südlə qarışdırın. Qapağını örtərək qazda 10 dəqiqə kimi qaynadın. Gündə bir ya da iki dəfə isti olaraq içə bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Göbələk xəstəliyinin təbii üsullarla müalicəsi" haqqında müzakirə