Göbələk zəhərlənmələri və müalicəsi

  • Müəllif: admin2
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 894
  • 0 rəy
Göbələk zəhərlənmələri və müalicəsi.
Xəstəlik zəhərli göbələklərlə qidalanmalar zamanı meydana çıxır. Zəhərlənmənin əlamətləri göbələk yeyildikdən 2 saat sonra meydana çıxmağa başlayır. Göbələklə zəhərlənmə özünü aşağıdakı əlamətlərlə biruzə verir:
– qarında ağrılar
– yuxuya meyillilik
– aşağı arterial təzyiq
– gözdə toranlaşma
– üz və boyunda qızarma
– taxikardiya
– ağızda metal dadı
– tərləmə
– ürəkbulanma
– qusma.
Zəhərlənmənin əlamətləri yeyilən göbələyin növündən asılı olaraq dəyişir. Bəzi göbələk növləri orqanizmə daxil olduqdan 6 saat sonra böyrək, qaraciyər əlamətləri ilə özünü biruzə verir.
Xəstəyə ilk tibbi yardım:
Göbələk yeyildikdən sonra hansısa bir narahatlıq hiss olunan zaman, xəstəni təcili xəstəxanaya çatdırmaq lazımdır. Xəstəxanaya çatana kimi xəstəni qusdurmağa çalışmaq lazımdır. Əgər qida qəbulunun üstündən bir müddət keçibsə, xəstəyə bol duzlu maye içirdib təcili qusdurmağa çalışmaq lazımdır. Qusma və ishal əslində orqanizmin qəbul eləmək istəmədiyi bir şeyi, xaricə çıxarmaq üçün özünü yüngülləşdirmə vasitəsidir.
Çox vaxt xəstə, xəstəxanaya çatana qədər komaya düşür. Mümkün olarsa, əgər həkimə çatana qədər xəstənin vena daxilinə artopin məhlulu yeritmək məqsədəuyğundur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Göbələk zəhərlənmələri və müalicəsi" haqqında müzakirə