Göbələk xəstəliyi zamanı xalq təbabəti

  • Müəllif: elnare
  • Tarix: 16 may 2017
  • Baxış sayı: 10 056
  • 0 rəy

Göbələk xəstəliyi zamanı xalq təbabəti

Xalq təbabəti vsitəsilə dırnaqlardakı göbələk xəstəliyindən xilas olmağın yolları
Dırnaqlardakı göbələk xəstəliyindən xalq təbabəti vasitəsilə birdəfəlik xilas olmaq olur.

1. Ayıqulağı və dəmrovotu

50-60 qram dəmrovotu 1,5 litr suda qaynadılır. Soyuduqdan sonra 50 qram 3%-li hidrogen perekis əlavə edilir. Ayaqlar vanna edilir və quruduqdan sonra dırnaqların üstünə ayıqulağı qoyulub bağlanır. Nəticənin yaxşı olması üçün bu bitkilərin qarışımından hazırlanmış dəmləmə də içilir.

2. Palıq qabığı

Palıd qabıqları qaynadılmış suda ayaqları vanna etdikdə ayaq dırnaqlarındakı və ayaqlardakı göbələk xəstəliyindən birdəfəlik xilas omaq mümkündür. Bunun üçün 200 qram palıq qabığını 1 litr suda zəif odun üstündə qaynadıb bir az soyuduqdan sonra ayaqları vanna eləmək lazımdır. Vannadan sonra ayaqları yaxşı qurulamaq lazımdır.

3. Alma sirkəsi  

Alma sirkəsi ilə islanmış pambıqla göbələk xəsyəliyinə yoluxmuş nahiyə silinir. Göbələk xəstəliyindən birdəfəlik qurtarmaq üçün bu proseduru dəfələrlə təkrarlamaq lazımdır. Amma sirkəli pambığı dərinizin üstünə qoyub bağlamayın. Bu ciddi yanıqlara səbəb ola bilər.

4. Yod

Dırnaqlardakı göbələk xstəliyindən xilas olmaq üçün ən sadə vasitələrdən biri xəstə nahiyəyə yod sürtməkdir. Gün ərzində 2 dəfə göbələk xəstəliyi yolixmuş nahiyəyə 1 damcı yod damızdırmaq xəstəliyin əlamətlərini azaldır. Uzun müddət bu vasitəni tətbiq etdikdə isə xəstəlik tamamilə sağalır.

5. Çay ağacı yağı

Göbələk xəstəliyi yoluxmuş dıqnaqları çay ağacı yağı sürtdükdə xəstəliyin əlamətləri azalır. Çay ağacı yağı antimikrob və antibakterial təsirə malik olduğu üçün göbələk xəstəliyini də aradan qaldırır.

6. Sarımsaq şirəsi

Sarımsaq şirəsi göbələk əleyhinə təsir göstrir. Onu gündə 3 dəfə olmaqla uzun müddət xəstəliyə yoluxmuş nahiyələrə sürtdükdə xəstəliyin əlamətləri azalır və sağalır.

7. Sirkə və yerkökü şirəsi

100-150 qram təzə sıxılmış yerkökü şirəsinə 1 stəkan 7% sirkə əlavə edilir. Qarışım hər gün göbələk xəstəliyinə yoluxmuş nahiyələrə sürtülür. Qarışımdam gündə 5-6 dəfə sürtmək lazımdır.

8. Dieta

Bədənində göbələk xəsstəliyi olan adamlara xüsusi dieta təqdim olunur. Belə ki, tərkibində kükürd çox olan qidalarla qidalanmaq orqanizmdə göbələk xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Göbələk xəstəliyi zamanı xalq təbabəti" haqqında müzakirə