Sağlam qida- Qarğıdalı

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 2 211
  • 0 rəy

Qarğıdalı
Qarğıdalı Azərbaycanın dağ və dağətəyi rayonlarında geniş yayılmışdır. Dərman məqsədilə yağından və saçaqlarından istifadə olunur. Saçaqları meyvə yetişən zaman toplanır, kölgəli yerdə və yaxud quruducularda  400C-də qurudulur. Saçaqların tərkibində K vitamini, askorbin və pantoten turşuları, karotinoidlər, saponinlər, qətran maddələri, efir yağları və s. vardır. Xalq təbabətində qarğıdalı saçaqlarından duru ekstrakt və dəmləmə şəklində xolesistitlərin və hepatitlərin müalicəsində ödqovucu, böyrəklərdə daş olan zaman sidikqovucu kimi, eləcə də qankəsici dərman kimi istifadəolunur.
Ödqovucu kimi:
20 qr qarğıdalı saçağını 1 stəkan suda 1 saat qaynatmaq və süzmək lazımdır. Bu mayedən gündə 4 dəfə 2 xörək qaşığı içmək məsləhətdir.
Sidikqovucu kimi:
1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 200 ml su tökülür. Qaynar su hamamında 20 dəq qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 50 ml yeməkdən əvvəl içilir.
Aterosklerozda:
Qarğıdalı yağı orqanizmdə lipid mübadiləsinə müsbət təsir göstərir, aterosklerozun müalicə və profilaktikasında istifadə edilir. Qarğıdalı yağından bu məqsədlə hər gün 75 qr qəbul etmək məsləhətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sağlam qida- Qarğıdalı" haqqında müzakirə