Gülxətmi

  • Müəllif: elnare
  • Tarix: 2 aprel 2018
  • Baxış sayı: 27 334
  • 0 rəy

Lat. Althaea officinalis – çoxillik dərman bitkisidir. Müalicə məqsədilə ondan uzun illərdir ki, istifadə edilir. Xalq arasında onu başqa adla(vəhşi qızılgül, kalaçka, tüfəng gülü və s.) da adlandırırlar.  Müalicə məqsədilə çoxillik gülxətminin kökündən istifadə edilir. Onun kökünü çıxarıb işlədikdən sonra 25-30%-i qalır. Bitkinin kökünün yığılması üçün ən yaxşı vaxt yaz və ya payız ayları hesab edilir. Bu bitkinin çiçəklərinin solduğu vaxtlara təsadüf edir. Bitkinin kökünü 3-4 ildən tez kəsmək olmaz. Gülxətminin kökündə nişasta və selik maddələri, şəkər, pektin, lesitin, karotin,efir yağları, mineral duzlar, əvəzolunmaz amin turşuları(betain, asparaqin) var. Onun toxumlarının tərkibində yağlar, linolen və olein var.
Xalq təbabətində gülxətmidən istifadə qaydası
Gülxətmidən farmakologiyada geniş istifadə edilir. Bu bitkidən tənəffüs və həzm sisitemi orqanlarının müalicəsi üçün istifdə edilir. Onun kökünün dəmləməsi iltihab əleyhinə, öskürəkkəsici kimi təsirə malikdir. Bu dəmləməni içmək badamcıqlardakı şişkinliyi, ağrını aradan qaldırır, öskürəyi yumşaldır və bəlğəmin azalmasına səbəb olur. Tərkibində olan yumşaldıcı selik maddələri, qastrit, kolit, mədə və onikibarmaq yarası xəstəlikləri zamanı çox faydalıdır. Xalq təbabətində gülxətmi kökünün dəmləməsindən kompreslərin qoyulmasında, yanıqlar zamanı yaranın yuyulması məqsədilə, boğazı qarqara etmək üçün geniş istifadə edilir. Gülxətmidən sirop, dəmləmə, cövhərlərin hazırlanmasında istifadə edilir.
Gülxətminin quru çiçəklərini(1 xörək qaşığı) 1 stəkan qaynar suya salıb 1 saat gözlədikdən sonra alınan dəmləməni gündə 3 dəfə 2 xörək qaşığı içdikdə bronxit xəstəliyi və öskürək aradan qalxır.
Qrip və pnevmoniya xəstəliklərini də quru gülxətmi çiçəklərindən hazırlanan dəmləmə ilə müalicə etmək mümkündür. Bunun üçün 200 ml qaynar suda dəmlənmiş 1 xörək qaşığı gülxətmi çiçəyini gündə 3 dəfə 50 ml olmaqla içmək lazımdır.
Qrip və angina zamanı güxətmi kökü qaynadılmış suda boğazı qarqara eləmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gülxətmi" haqqında müzakirə