Xurma haqqında bilmədiklərimiz
Xurma cinsinin nümayəndələri həmişəyaşıl və ya yarpağını tökən, əksərən tropik mənşəli ağac və ya kol bitkisidir. Bu cinsə 200-dən artıq növ daxıldir. Ən əhəmiyyətli növləri şərq xurması və Qafqaz xurmasıdır. Şərq xurması və ya yapon xurması – Diospyros kaki L- 15 metrə qədər hündürlükdə, yarpağını tökən ağac bitkisidir. Ətli, yastı, kürəşəkilli formalı meyvələr açıq – narıncı rəngdən, tünd qırmızı rəngə qədər dəyişir. Xurmanın tərkibində C vitamini, karotin, 25%-ə qədər qlükoza və fruktoza şəkərləri, 0,0497% yod, üzvi turşular, aşı maddələri, mineral maddələr, 15 dəmir və s. aşkar edilmişdir. Şərq xurmasının yetişmiş meyvələri çox ləzzətli, şirin dada malikdir. Onlardan və qurudulmuş meyvələrindən qanazlığında, bəlğəmtəmizləyici kimi, C və A vitaminlərinin çatışmamazlığında, öskürəkdə, ishalda, yüksək arterial təzyiq və ateroskleroz zamanı istifadə olunur.
Qafqaz xurması (adi xurma) Dios pyros lotus L.-meyvəsi xırda, dəyişkən formalı, göyümtül-qara rəngli, çoxtoxumlu meyvələrdən ibarətdir, tam yetişənə qədər güclü büzüşdürücü təsirə malikdir. Yapon xurmasında olduğu kimi Qafqaz xurmasının da, yetişmiş meyvələri təzə şəkildə və ya qurudulduqdan sonra istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xurma haqqında bilmədiklərimiz" haqqında müzakirə