Feyxoa(Lat. Feijoa) və faydaları

  • Müəllif: elnare
  • Tarix: 26 mart 2018
  • Baxış sayı: 8 243
  • 0 rəy

Feyxoa(Lat. Feijoa)


Feyxoa sitrus meyvələrindən olub gözəl dada malikdir. Onun diametri 5-7 sm, çəkisi isə 20-120 qrama qədər ola bilir. Feyxoanın vətəni Cənubi Amerika ölkələridir.
Əfsanələr
Feyxoa barədə çoxlu əfsanələr danışılır. Əfsanələrin birində gənc oğlanın dəniz şahzadəsinə vurulması barədə danışılır. Oğlan sevdiyi dəniz şahzadəsini torpağa doğru çəkməyə çalışır. Torpaq hissəyə çıxan şahzadəni isə dənizlər şahı dadlı meyvəsi olan ağaca çevirir. Buna görə də həmin ağacın ətirli dəniz brizinin ətrini verir.
Bu meyvə elm adamlarına XIX əsrdə məlum olub. Onu Joao Feyj Braziliyaya ekspedisiya edən zaman görmuş və meyvələrini 1890-cı ildə Fransaya gətirmişdir. O vaxdan sonra isə feyxoa Aralıq dənizi sahilləri ölkələrinə yayılmağa başlamışdır. İndi Krım və Qafqaz bölgələrində də feyxoa ağacları yetişir. Feyxoa istisevər bir ağac olsa da -10*C-yə davam gətirə bilir.
Bizim ölkəmizin də cənub bölgəsində feyxoa ağacları yetişdirilir.
Feyxoa ağacının sulu, ətirli və dadlı meyvələri olur. Meyvələrinin içərisi çoxlu toxumlarla dolu olan feyxoa orqanizm üçün çox faydalıdır. Onun ən faydalı hissəsi isə qabığı sayılır. Buna görə də feyxoa qabığını qurudub ondan ətirli çaylarlın hazırlanmasında istifadə edilir.
Yığılması və saxlanılması
Feyxoanı tam yetişməmiş dərmək lazımdır. Onu toplayan zaman əzilməsinə yol vermək olmaz. Bir sözlə feyxoa kal və zədəsiz toplanmalı və səliqə ilə saxlanılmalıdır. Meyvələr bərkdirsə deməli onu hələ yemək olmaz. Bərk meyvələri bir-neçə gün saxladıqda o yetişir və yumşalır. Feyxoanın lətli hissəsi şəffaf rəngli və meyxoş dada malik olur.
Feyxoanı soyuducunun alt gözündə saxlamaq lazımdır. Kal meyvə 7-14 gün müddətində yetişir. Ondan kompotların, mürəbbələrin hazırlanmasında istifadə edilir. Feyxoanı doğrayıb1:1 nisbətində şəkər tozu ilə qarışdıraraq saxladıqda onun faydalılığı daha artıq olur.

Feyxoa(Lat. Feijoa)nın Tərkibi

100 qram feyxoanın qida dəyəri:
- Zülallar – 1,24 qr
- Yağlar – 0,78 qr
- Karbohidratlar – 10,63 qr
- Su – 86,6 qr
- Kalori – 49 kKal.
Feyxoanın faydalı xüsusiyyətləri:
Feyxoanın tərkibi C, B1, B2, B5, B6, PP vitaminləri, makro və mikro elementlər(yod,kalsium, kalium, natrium,maqnium, fosfor, dəmir,sink, marqanes), turşular(alma, fol), ananas və moruq ətirli efir yağlarının qarışımı ilə zəngindir. Onun tərkibində orqanizm tərəfindən asan sorula bilən zülallar və yağlar var

Feyxoa(Lat. Feijoa)nın Xeyri

Feyxoa dietik qidalardandır. Dieta saxlayanlar onu qəbul etmək istədikləri qida maddəsi ilə əvəz edə bilərlər. Belə ki, feyxoa yemək orqanizmin vitamin balansını ödəməklə arıqlamasına səbəb olur.
Feyxo dünyada dəniz məhsullarının tərkibində olan yodu əvəz edə bilən yeganə meyvədir. Onun tərkibində olan yod suda asanlıqla həll olur və orqanizm tərəfindən asanlıqla sorulur. Feyxoa yemək qalxanvari vəzi xəstələri və zehni yorğunluğu olan adamlar üçün çox faydalıdır. Onu qastrit, Bazedov xəstəliyi, atereskleroz, avitaminoz, hipovitaminoz, pielonefrit, poaqra, qəbizlik və s. xəstəliklərinin profilaktikası məqsədilə yeməkdə fayda var.
Feyxoanın qabığında kaxetin və leykoasetin vardır ki, bu maddələr xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.
Tərkibində olan C vitamini, efir yağları və bioloji aktiv maddələr feyxoanı soyuqlama və qripp zamanı faydalı olduğunu təsdiq edir. Bu zaman onun mürəbbəsindən də istifadə eləmək eyni effekti verir.
Kosmetologiyada
Kosmetologiyada feyxoadan iltihab əlamətlərinin aradan qaldırmaq, qocalmanın qarşısını almaq və dərini cavanlaşdırmaq məqsədilə istifadə edilir. Bunun üçün eyni miqdartda feyxoa əzməsi və kəsmik qarışımından hazırlanan maska üzün dərisinə yaxılır və 20 dəqiqə sonra yuyulub təmizlənir.
Kulinariyada
Qida sənayesində feyxoadan tək və ya müxtəlif meyvələrin qarışımı ilə dadlı kompotlar hazırlanır. Onun mürəbbəsi və cemi də çox ləzzətli olur.

Feyxoa(Lat. Feijoa)nın Ziyanı

Tərkibində şəkərin miqdarının az olduğuna görə şəkərli diabet xəstələrinə çoxlu miqdarda feyxoa yemək məsləhət görülmür.Tireotoksikozdan əziyyət çəkənlər feyxoya yemək istədikdə diqqətli olmalıdırlar.
Əvəllcə az miqdarda feyxoa yeyib orqanizmin ona qarşı allergiyası olub-olmamasını yoxladıqdan sonra çoxlu miqdarda yemək lazımdır. Bunun ilk dəfə feyxoa yeyənlər mütləq tətbiq eləməlidirlər.
Həddindən çox feyxoa yemək sinir sistemində qıcıqlanmalara, ürək döyüntülərinin, temperaturun artmasına, əmək qabiliyyətinin azalmasına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Feyxoa(Lat. Feijoa) və faydaları" haqqında müzakirə