Tut-Morus L

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 2 716
  • 0 rəy

Tut-Morus L.
Dünyada tutun 10-16 növü vardır. Azərbaycanda tutun 3 növü bitir: ağ tut-Morus alba L, qırmızı tut- Morus rubra L, qara tut- Morus niqra L. Onlara bu adlar meyvələrin rənginə görə verilmişdir.
Kimyəvi tərkibi: Ağ tutun tərkibində 28%-ə qədər şəkərlər, 2,4%-ə qədər üzvü turşular, C və B vitaminləri, amin turşuları, müxtəlif mikroelementlər vardır.
Tutun meyvələri yüksək keyfiyyətli, dadlı, ləzzətli qida kimi insanlar tərəfindən istifadə olunur, çoxşaxəli müalicəvi təsirli vasitə kimi təbabətdə tətbiq edilir.
Tutun dərilmiş və qurudulmuş meyvələri, həmcinin onlardan alınan şirələr, doşab, şərab, cem, mürəbbə, kompot vəs. müxtəlif xəstəliklər əleyhinə effektli təsir göstərən vasitə kimi təbabətdə tətbiq olunur.
Ağ tutun meyvələri və ondan alınan doşab ürək-damar sistemi xəstəliklərində, qanazlığında,  skarlatinada, mədə və 12barmaq bağırsaq xoralarında və s. istifadə olunur
Qara ciyər ağrılarında qara tutun meyvələri, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək faydalıdır. O, həm də qan təzyiqini aşağı salır və iştaha gətirir.
Tut meyvələrinin şirəsi boğaz ağrıları və difteriyada fardalıdır. Bu şirədən anginada qarqara şəklində istifadə olunur.
Tutun digər hissələri də ( yarpaq, gövdə, kök və s.) müalicəvi təsirlərə malikdir.
Ağ tutun yarpaqları dəmləmə şəklində soyuqdəymələrdə hərarətsalıcı vasitə kimi, yarpaqları və qabıqları isə dəmləmə və bişirmə şəklində epilepsiya əleyhinə və məlhəm şəklində qoturluq əleyhinə işlədilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tut-Morus L" haqqında müzakirə