Səs niyə zəifləyir və səs zəifləməsinin səbəbləri

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 2 700
  • 0 rəy

Səs niyə zəifləyir və səs zəifləməsinin səbəbləri.
Səsdə zəifləmə, xırıltı və səs dəyişməsinin baş verməsi müxtəlif səbəblərdən baş verə bilir. Səslərdə baş verən dəyişikliklər bəzən ciddi bir xəstəliyin də əlaməti ola bilər. Buna görə də belə zamanlarda həkimə müraciət etmək lazımdır. Səsdə dəyişikliyin baş verməsinə aşağıdakı xəstəliklər səbəb ola bilər:
1. Laringit soyuqdəymə zamanı səs tellərində baş verən xəstəlikdir. İnfeksiya xəstəlikləri zamanı meydana çıxır. Ən çox yuxarı tənəfüs yollarının xəstəlikləri zamanı baş verir.
2. Səs tellərində polip olduğu zamanlarda da səs dəyişilir. Poliplər adətən xoşxassəli olur və öskürdükdə qan görünməsi ilə özünü biruzə verir.
3. Mədənin reflyuks xəstəliyi zamanı da səsdə dəyişikliklər baş verə bilir. Reflyuks xəstəliyi zamanı mədədə turşuluq atrıq olur və turşu qida borusu və boğazda yanma hissi verir. Bu səbəblə də səsdə dəyişiklik baş verə bilir. Reflyuks xəstəliyi olan adamlar ədviyyatlı, turşulu qidalar, köfe və tünd içkilər içilən zaman xəstəliyin əlamətləri artır.
4. Siqaret çəkən adamlarda da səs dəyişikliyi baş verə bilir. Bu siqaretin tərkibində olan toksinlərin səs tellərinə vurduğu zərər nəticəsində baş verir.
5. Səs telləri iflic olduqda səs tamam qısıqlı çıxır, insan istəsə də danışmaqda çətinlik çəkir.
6. Səs telləri və boğaz bölgəsində xərçəng xəstəliyi olduğu zamanlarda xəstənin səsi zəifləyir və hətta tamamilə kəsilə də bilir.
Bütün hallarda mütləq həkimə müraciət etməli və səs tellərində əmələ gələn patologiyanı yaradan səbəbi aradan qaldırmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Səs niyə zəifləyir və səs zəifləməsinin səbəbləri" haqqında müzakirə