Mədə polipi

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 394 057
  • 0 rəy

Mədə polipi mədənin xoşxassili şiş xəstəliyidir Xəstəlik özünü mədədə əmələ gələn adenomatozlarla biruzə verir.Poliplər mədə divarının epitel toxumasında əmələ gəlir, hiperplastik olub mədənin içərisinə doğru boyüyür.
Adenomatoz poliplər(adenomalar) adətən təsadüfən rentgenoloji müayinə nəticəsində aşkar edilir.Poliplər bəzən qanaxmaya,bağırsaq fəaliyyətinə dəyişikliklərə, qarında ağrılara səbəb ola bilir.Poliplər xoşxassəli hesab edilsələr də onların xərçəngə çevrilmə riski böyük hesab edilir.Mədəsində polip olan insanların 30%-nin bağırsaqlarında da poliplər meydana gəlir.Xəstəliyə tez-tez rast gəlinir, uşaqlarda böyüklərə nisbətən daha çox baş verir.
Xəstəliyin əmələ gəlmə səbəbi kimi mədənin divarındakı degenerasiya prosesinin pozulması, qastritin olması əsas götürülür.Amma, irsi meyilliliyin olması da danılmır.
Mədənin polip xəstəliyinə diaqnozun qoyulmasında rentgen müayinəsi, qastroskopiya ilə bərabər, poliplərdən alınmış biopsiyanın nəticələri əsas götürülür.
Mədə polipi iki cür olur:
– hiperplastik
– adenomatoz
Poliplər histoloji müayinənin nəticələrinə görə aşağıdakı növlərə ayrılır:
a) papilyar adenoma və ya barmaqşəkilli böyümüş polip
b) tubulyar adenoma
c) papilotubulyar adenoma
Mədə polipinin xəstəyə verdiyi narahatlıqlar polipin ölçüsünə və növünə uyğun olaraq dəyişir.
Mədə polipi zamanı xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
– yeməkdən sonra ağırlıq hissi
– hıçqırıq


– ürəkbulanma
– mədə qanaxması
– qarında ağrılar

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Mədə polipi" haqqında müzakirə