Qastroezofageal reflyuks xəstəliyi

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 406 207
  • 0 rəy

Qastroezofageal reflyuks xəstəliyi -mədə möhtəviyyatının qida borusuna retroqrad daxil olması ilə şərtlənən xroniki xəstəlikdir.
Qastroezofagel relflyuks normada ,adətən gündüzlər yeməkdən sonra və bəzən gecə vaxtı (horizontal vəziyyətdə) sağlam şəxslərdə rast gəlinir.Qida borusu pH monitorinqdə sutka ərzində 1 saatdan çox çəkməyən 50 dən çox erizodları olur.
Normal şəraitdə qida borusunun aşağı hıssəsində pH 6,0 -a bərəbərdir.Bu xəstəlik zamanı pH ya 4,0-a qədər azalır, ya da 7.0-a qədər yüksəlir. pH-ın azalması qida borusuna mədənin turş möhtəviyyatı düşdükdə,artması isə qida borusuna öd və pankreatik şirənin qatışığı ilə duodenal möhtəviyyatın düşməsi zamanı baş verir.Daha tez-tez qastroezofageal reflyuks və qida borusunun zədələnməsinin qarşısının alınması üçün aşağıdakı mexanizmlər vardır.
-qastroezofageal birləşmənin və qida borusunun aşağı sfinkterinin
antireflyuks baryer funksiyası
-ezofagial təmizlənmə
-qida borusu selikli qişasının rezistenliyi
– mədənin turşu əmələ gətirməsinə nəzarət
ETİOLOGİYASI VƏ PATOGENEZİ: Yuxarıda adları çəkilən müdafiə mexanizmləri arasında əsas aşağı ezofageal sfinkter hesab olunur.Onun funksiyasının pozulması qastroezofageal reflyuks xəstəliyinə gətirib çıxarır.Qida borusunun aşağı sfinkterinin pozulması onun hipotoniyası zamanı baş verir .
Qida borusunun aşağı sfinkterinin hipotoniyasına səbəb olanlar:
– kofeinli məhsullar (kofe, çay,koka -kola)
-nanə cövhəri qəbul edilməsi
-bəzi dərman maddələri
-azan sinirin zədələnməsi
– papirosçəkmə
-alkoqoldan istifadə
-hamiləlik
Qida borusunun aşağı sfinkterinin spontan relaksiyasının (boşalmasının) tezləşməsinə səbəb olanlar:
– qida borusunun diskneziyası
-tələsik , sürətli, çoxlu qida qəbulu
– meteorizm
-xora xəstəliyi
-yağlı ət ,sala, un məmularları
– kəskin qidalar və s.
SİMPTOMLARI:qıcqırma,gəyirmə,ağızda həddən artıq salivasiya hissi,döş sümüyünün arxasında düyün hissi,hıçqırma qusma.
MÜALİCƏSİ:Həyat tərzinin dəyişdirilməsi,bədən kütləsinin azaldılmsı,qazlı,spirtli içkilərdən imtina,pəhrizə nəzarət və həkimin müalicəsinə düzgün əməl etmək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qastroezofageal reflyuks xəstəliyi" haqqında müzakirə