Kardioezofageal xərçəng

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 2 412
  • 0 rəy

Kardioezofageal xərçəng
Kardioezofageal xərçəng qida borusu və mədənin kardial hissəsinin bədxassəli şiş xəstəliyidir.Bu xəstəlik həzm sistemi orqanlarının kombinəedilmiş zədələnməsi ilə müşayət edilir.Xəstəliyə diaqnozun qoyulması patologiyanın əmələgəlmə yerindən asılı olaraq çətin olur.Kardioezofageal xərçəngin əmələ gəlməsində qastroezofageal reflyuks xəstəliyinin rolu böyükdür.Reflyuks xəstəliyi zamanı mədə turşusu qida borusuna sıçrayır və oranı qıcıqlandılrır.Bu səbəbdən qida borusunun həmin hissəsinin selikli qişası zədələnir və Barret qida borusu formalaşır.Bu hal isə xərçəngönü vəziyyət kimi qiymətləndirilir.
Bu əlamətlərin meydana gəlməsinə turş,kəskin,istiotlu,ədviyyatlı,qızardılmış və konservləşdirilmiş qida maddələrindən istifadə etmək,çoxlu miqdar spirtli içki qəbulu səbəb olur.
Xəstəliyin əlamətləri
Kardioezofageal xərçəng aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* epiqastral nahiyədə diskomfort və ağrı
* qida qəbulundan sonra kəskin və qəfil ağrılar
* aclıq hissi və gecə ağrıları
* qida qəbulu zamanı hıçqırma
* ürəkbulanma
* qanlı qusuntu kütləsi
* iştahanın olmaması
* bəzi qidalardan diksinmə
* mədədə ağırlıq hissi
* nəcisin qara olması
Xəstəliyə diaqnozun qoyulmasında yuxarıda sayılan əlamətlərlə yanaşı aşağıdakı müayinə metodlarından istifadə edilir:
* qanın ümumi analizi
* ezofaqoqastroduodenoskopiya
* USM-in müayinəsi
* bioppsiyanın müayinəsi
* ezofaqoqastrqrafiya
* sutkalıq pH-ın yoxlanılması
* manometriya
* kompyuter tomoqrafiyası
* maqnit rezonanas tomoqrafiya
* padio izotop müayinə
Xəstəliyin müalicəsi xəstəliyin və zədələnmənin dərəcəsindən asılı olaraq aparılır.Müalicə cərrahi müdaxilədən və şüa tersapiyasından ibarət olur və xəstələrə kimya tetrapiyası təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kardioezofageal xərçəng" haqqında müzakirə