Neyrosensor eşitmə zəifliyi
Neyrosensor eşitmə zəifliyi – bu, eşitmənin zəifləməsi və ya tamamilə itməsidir ki, daxili qulaqda eşitmə sinirinin və eşitməni tənzim edən baş beyin şöbələrinin pozulması ilə izah olunur.
İnsan qulağı 3 hissədən xarici qulaq (qulaq seyvanı, xarici qulaq keçəcəyi), orta qulaq ( təbil pərdəsi, təbil boşluğu, 3 sümükcük-(çəkic, zindan, üzəngi), daxili qulaq( ilbiz, onun divarındakı sinir ucları) ibarətdir.
Normada səs xarici qulaq keçəcəyindən keçir təbil pərdəsinə eşitmə sümükcüklərindən ilbiz mayesinə keçir, burada səs sinir uclarını oyadır, yaranan sinir impulsları eşitmə siniri vasitəsilə baş beynə ötürülür.
Neyrosensor karlıqda isə səs siniri ucları ilə qəbul olunmur.
Səbəbləri:
-anadangəlmə olduqda qulaqda inkişaf qüsurları, xromosom pozgunluqları, hamiləlikdə qadının alkohol, siqaretdən istifadə etməsi
-genetik pozgunluqlar
-qulaq və kəllədə travmalar
-istehsalatda bəzi maddələrin, dərman maddələri məs. antibiotiklərlm toksiki təsiri
-infeksiyalar-herpes, parotit, qızılca, məxmərək, qrip
-iltihabu proseslər-sinusit, haymorit, angina, meningit
-daxili qulaqda bədxassəli şişlər
-autoimmun xəstəliklər
Əlamətləri:
Əsas əlməti eşitmənin zəifləməsi və ya tamamilə itməsidir, bundan əlavə baş ağrıları, qulaqlarda küy, başgicəllənmə, ümumi yorğunluq ola bilər
Siz nə edə bilərsiniz:
Mütləq LOR- həkimə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
Həkim otoskopla qulağı müayinə edir, eşitməni yoxlayır.
-kamertonla test aparır
-daha dəqiq metod kimi audimetriya aparılır
-zəruri olarsa kompyuter tomoqrafiya, maqnit rezonans tomoqrafiya aparılır
Müalicə:
Müalicə onu törədən səbəblərdən asılıdır. Sinir toxumasının fuksional vəziyyətini yaxşılaşdıran preparatlar təyin edilir. Radikal metod eşitmə aparatından və implantatlardan istifadə oliunmasıdır.
Proqnozu:
Belə xəstələr ömürləri boyu eşitmə aparatından istifadə etməli olurlar. Müəyyən hallarda eşitməni tam bərpa etmək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Neyrosensor eşitmə zəifliyi" haqqında müzakirə