Yad cisimlər

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 4 916
  • 0 rəy

Yad cisimlər
Yad cisimlər adətən insanın gözünə, qulaqlarına, burnuna, tənəffüs yollarına, düz bağırsağa düşə bilər.
Ümumi məlumat
Yad cisimlərin orqanizmə düşməsi həm uşaqlar, həm də böyüklər arasında baş verir. Uşaqlar hər şeylə maraqlandıqları üçün ağızlarına parıldayan əşyalar, qəpiklər, tabletşəkilli batareyalar alırlar. Bu səbəb də belə əşyaları qulaq və brunlarına da soxa bilirlər. Böyüklər isə təsadüfən yad cisimləri uda bilərlər. Yad cisim buna görə boğazda ilişib qala bilər. Məsələn, diş çöpü qida borusundan keçərək mədəni keçsə də düz bağırsaqda ilişib qala bilər.
Gözlərə yad cisim külək vasitəsi ilə  düşə bilər. Yad cisimlər boşluqlu orqanlarda, eləcə də toxumalarda, məsələn, güllə dəridə ilişib qala bilər. Yad cisim iltihaba, infeksiyaya səbəb ola bilər.
Səbəbləri:
Gözlərə yad cisimlər külək vasitəsilə düşə bilər. Daha ciddi zədələnmələr sərt, iti əşyalarla gözlərdə zədələnmələr ola bilər.
Qulaq və burun: uşaqlar çox vaxt əşyaları qulaq və buruna sala bilirlər. Paxlalar, qarğıdalı dənələri, kişmiş, muncuqlar və s.orqanizmin boşluqlarında tapıla bilər.
Simptomları:
Gözlərdə yad cisim olduqda şişkinlik, qızartı, görmənin zəifləməsi qeyd olunur.
Qulaq və burunda yad cisim ağrı, qulaqda ağırlıq hissi, eşitmənin zəifləməsi, burundan qanlı ifrazatın gəlməsi müşahidə olunur.
Tənəffüs yollarında və mədədə yad cisim udmanın çətinləşməsi, tüpürcək ifrazının artması, tənəffüsün pozulması qeyd olunur.
Düz bağırsaqda yad cisim defekasiya zamanı kəskin ağrı müşahidə olunur.
Siz nə edə bilərsiniz:
Gözlərdə yad cisim olduqda adamı işıqlı otağa yerləşdirmək lazımdır ki, gözdə yad cismi aşkar etmək mümkün olsun. Əgər əşya kiçikdirsə kirpikləri qırpmaqla yad cisimdən azad olmaq olar. Sonra gözü isti təmiz su ilə yumaq lazımdır.
Qulaqda yad cisim olduqda pinsetdən istifadə etmək olar. Əgər qulağa həşərat düşübsə, qulağa isti vazelin yağı və ya zeytun yağı tökmək lazımdır.
Həkim nə edə bilər:
Gözə yad cisim düşdükdə həkim xüsusi göz damcılarından istifadə edir, həkim xüsusi pinsetdən istifadə edərək yad cismi xarıc edir. Əgər qulağa yad cisim dərinə düşübsə, təbil pərdəsini zədələyə bilər. Bu zaman xüsusi həkim yardımına ehtiyac olur. Əgər yad cisim mədəyə düşübsə, xüsusi endoskopdan istifadə olunur.
Düz bağırsaqda yad cisim olarsa, rektal retraktordan istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yad cisimlər" haqqında müzakirə