Bunları bilirsinizmi?

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 1 644
  • 0 rəy

Bunları bilirsinizmi?
1. Metro sərnişinlərdə eşitmə zəifliyi yaradır. ABŞ-ın Nyu-York şəhərində aparılan 2 həftəlik tədqiqatlar nəticəsində alimlər belə qərara gəliblər ki, ən səsli-küylü nəqliyyat vasitəsi metro olduğu üçün, metro sərnişinlər arasında eşitmə zəifliyi yaradır. Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsasən sutkanın pik saatlarında metro platformalarında fiksə olunmuş səsin təsiri 30 saniyədən artıq olmamalıdır. Metrodan mütamadi istifadə edən və uzaq məsafəyə yol gedən sərnişinlərdə eşitmənin tədricən azalma qorxusu var. Burada həmçinin orqanizmin fərdi xüsusiyyətləri də rol oynayır. Metroda qulaqcıq taxıb musiqi dinləmək isə qulağın zəifləməsini ikiqat artırır.
2. Mobil telefonlar insan orqanizminə mənfi təsir etdiyi kimi, arıların da kütləvi məhvinə səbəb olur. Britaniyalı alimlər müəyyən ediblər ki, arılar bir-biri ilə əlaqə və cütləşmə zamanı məhz mobil telefonların işlədiyi tezlikdən istifadə edirlər. Aparılan araşdırmalar zamanı mobil telefonu arı pətəyinin altına yerləşdiriblər və arıların narahat olmağa və beçə verməyə başlamışlar. Başqa bir təcrübə zamanı isə mobil telefonların daimi təsiri nəticəsində pətəkdəki arıların kütləvi surətdə qırılması baş verib.
3. Qışa saxlanılan tərəvəzlərin tərkibindəki vitaminlər öz keyfiyyətlərini itirirlər. Qışa qalan kökün tərkibindəki C  vitamini 18% azalır, kələmin tərkibindəki faydalı maddələrin 80%-i itir və yarpaqlarında zərərli maddələr tpolanır. Kartofda isə demək olar ki, faydalı heç nə qalmır.c
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bunları bilirsinizmi?" haqqında müzakirə