Tatu Döymə Tibb və Din
Tatu sözü Taita dilində (Taita adasının sakit okean) TATAU mənası isə "insan bədənində yazı" avropaya bu sözü ilk dəfə Jeyms Kuk gətirmişdir Tatu-nun çox qədim Tarixi vardır. Qədim misirdə tatu misir xalqının ayrılmaz özünü ifadə üsulu idi. Misirdə hətta Fironlar belə tatu etdirir və inanırdılar ki, tatular onları şər qüvvələrdən qoruyur. Sərdabələrdən tapılan mumyaların üstündə paralel xəttlər və misir heroqlifləri aşkar olunmuşdur. Hətta tatu vuran ustalara Misirdə allah adlandirilan fironlar belə xüsusi hörmət qoyurdular. Hindlilər, yaponlar və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək kimi qəbul etsələr də, bir çox cəmiyyətlərdə tatu xəstəliklərdən və mənfur ruhlardan qorunmaq üçün istifadə edilirdi. Tatu sənəti XX əsrin əvvəllərində dənizçilər arasında daha çox məşhur idi. Türkiyənin bir sıra kəndləri var ki, o kəndlərdə döymənin xüsusən qadınlar tərəfindən qadınlara edilməsi bir ənənədir. Döymə xüsusən iki qaşın arasına və dodaq altına edilir, mənası isə böyük bir tayfanın ən böyük xanımı deməkdir. Ərəb qadınlar tərəfindən də bu cür döymələr edilib.
Tatu harda istifadə olunur
- Kriminal dairələrdə (rütbə, ləqəb və.s.)
- Xüsusi Xidmət orqanları tərəfindən cinayətkarın axtarışı zamanı
- Çox nadir hallarda ölülərin tanınması üçün
- Yeniyetmə və gənclər arasında özünü ifadəetmə
- Tatu Body Art-dır yəni Avanqard İncəsənətin bir növüdür
Tatu və Tibb
Məsələ burasındadır ki müasir texnologiya sayəsində insanın bədəninə zərər vurmadan, xəsarət yetirmədən, hətta tamamilə ağrısız-acısız, gigiyena şərtlərinə riayət etməklə nakolka vurmaq mümkündür. Bəzi ölkələrdə nakolka işi ilə məşğul olanlara lisenziya verilir, vergi tələb olunur. Onların qarşısında əgər təhlükəli bir hal baş verərsə, müştərilərə ilk tibbi yardım etmək üçün lazımi tibbi avadanlıqları həmişə hazır saxlamaq şərti də kəsilir. ABŞ-da və Avropanın bir çox ölkələrində döymələrdə istifadə olunan maddələrin 40 faizdən çoxunun tibbi cəhətdən qadağan olunduğu ortaya çıxıb. Qeyri-peşəkar şəxslər tərəfindən edilən döymələrdə, əsasən, avtomobil boyaları, printer mürəkkəbləri kimi kimyəvi maddələrdən istifadə edilir ki, bu da dəridə ağır dərəcəli yanıqların və toksiki dermatozun və kelloid xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Düzgün edilməyən tatuaj insanı əlindən, ayağından edə bilər. Şüursuz şəkildə edilən bu əməliyyat gen mutasiyalarına, hamilə qadınların və onların bətnindəki körpələrin anomaliyalarına, xərçəng xəstəliyinə və bir çox biokimyəvi reaksiyalara səbəb olur. QİÇS (AİDS), herpes virusu, hepatit B, hepatit C, sifilis kimi ciddi yoluxucu xəstəliklərə gətirib çıxara bilər. Metal tərkibli döymələr MRT müayinəsi zamanı şiddətli ağrılar törədir. Bunlardan əlavə hər bir insanın allergik reaksiyaları vardır ki mütləq əgər tatu etmək istəsəniz həm Allerqoloq həm Dermatoloq ilə konsultasiya və icazə almalısız
Əgər tam olaraq müasir texnologiya, beynəlxalq icazəli tərkibli rənglər, allergik reaksiyalar yoxlanılsa və tam steril şəraitdə DÖYMƏNİN İNSAN ORQANİZMİNƏ ZİYANI YOXDUR
Tatu Döymə barədə Yəhudilik
Yəhudilər birmənali olaraq tatuya icazə vermirlər əsas olaraq isə Bibliyanın Levit 19-28 sətirlərini gətirirlər Bu məntiqlə onlar deyir ki ALLAH insanı mükəmməl yaradıb insan bədənində dəyişiklik etmək olmaz hətta yaxşılığa olsa belə dəyişiklik yəhudilərdə icazəli deyil
Tatu Döymə barədə Xristianlıq
Xristianlıqda Tatuya münasibət birmənalı deyil bəzi təriqətlər icazəli bəziləri isə olmaz deyir.
Katoliklər
Katolik kilsə birmənalı olaraq icazə verir hətta rəsmi olaraq qəbul etdikləri tatular vardır ki xaç forması, kilsə forması (və.s.)
Pravoslav
Xüsusi kilsə qanunlarında tatunu rədd edən və ya icazə verməyən qanun yoxdur amma buna baxmayaraq bəzi bibliya sətirlərini misal çəkərək bu işdən çəkindirirlər 16:6, 41:5, 47:5; 3 14:1
Tatu barədə islam
İslamda tatu birmənalı qarşılanmır bəzi təriqətlər haram bəziləri isə icazəlidir deyir
ƏHLİ SÜNNƏ VƏL CAMƏ
Sunni alimlər Buxari və Tirmizi kitablarına əsasən bu barədə İslam peyğəmbərindən hədisin gəldiyini deyir
“Peyğəmbər faiz yeyəni, yedirdəni, ona şahidlik edənləri, onu yazıb qeyd edəni, döymə döyəni, qəşəngləşmək üçün döymə döydürəni, sədəqəyə mane olanı, xullə edəni və xullə etdirmək istəyəni lənətlədi”
ŞİƏ CƏFƏRİ
1 Öz-özlüyündə eybi yoxdur və dərinin altından vurulduğuna görə, qüsul-dəstəmaza maneə də yaratmır.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
2 Əgər döymə (tatuaj) suyun dəriyə çatmasına mane olursa, icazəli deyil, həm dəstəmaz, həm də qüsul batil olar. Qeyd olunan vəziyyətdə çətin olsa belə, döymə mümkün olan hər vasitə ilə silinməlidir. İxtiyari halda, bu, zinət sayılır və naməhrəmdən örtülməlidir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası
3 Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
4 Döymə (tatuaj) etdirməyin eybi yoxdur. Dərinin altına vurulduğundan dəstəmaz və qüslə maneə törətmir. Qadınlar döyməni, ürfdə zinət sayıldığı halda, naməhrəmdən örtməlidirlər
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Tatu Döymə Tibb və Din" haqqında müzakirə