Südəmər uşaq nə ilə qidalanmaldır?

  • Müəllif: elnare
  • Tarix: 3 iyul 2017
  • Baxış sayı: 3 875
  • 0 rəy

Südəmər uşaq nə ilə qidalanmaldır?

Həyatının ilk aylarında körpələr ana südü və ya süni uşaq yeməyi ilə qidalanır. Amma zaman keçdikcə uşaq böyüyür və artıq bir-neçə aylıq olduğu zamanlarda onu yedizdirmək üçün qarışıq qidalardan itifadə etmək lazım gəlir. İndi uşağın yavaş-yavaş böyük adamların qidalarına uyğunlaşdırmaq lazımdır. Qarışıq qidaya uşağın 5-6 aylığında rahatca keçmək mümkündür. Bu zaman isə uşaqlara qidaları püre şəklində vemək lazım gəlir.

İlk növbədə uşağa verilən püre tərəvəzlərdən hazırlanmış püre olur. Qarışıq qidalanmaya keçən zaman isə uşağın həzm sistemi, sinr sistemi, mədə-bağırsaq funksiyası nəzarət altında saxlanılmalıdır. Tərəvəz püresi uşaq həkimin məsləhəti ilə başlanılır və ilk dəfə uşağa kartof, kələm və yerkökü qarışımından hazırlanan püre verilir.Bu tərəvəz püresinin tərkibi təbii turşularıa, vitaminlərlə, dəmirlə, kaliumla, minerallarla zəngindir.
Rəngli kələm, brokkli kələmi və balqabaqdan da hazırlanmış pürelər azyaşlı uşaqlar üçün çox faydalıdır. Yerkökü, balqabaq  və ispanaqdan hazırlanmış pürenin tərkibi karotin və A vitamini ilə çox zəngindir. 
Əgər sizin körpənizin bağırsaqları həssasdırsa və ya həzmlə əlaqdar problemləri varsa o zaman əvvəlcə adları çəkilən tərəvəzlərin birindən püre hazırlayıb daddırın. Bu zaman onun qida qəbulu səbəbindən problemləri meydana çıxmazsa onda qarışıq tərəvəz püresinə keçə bilərsiniz.
Yaşıl tərəvəz püresini tərkibi karbohidratlarla, bitki zülalları ilə, mikroelementlərlə və B qrup vitaminləri ilə çox zəngindir.
Südəmər uşaqlara həyatlarının 5-6 ayından qlüten tərkibli sıyıqların verilməsi də məqsədəuyğun sayılır. Bu sıyıqlar qarabaşaqdan, düyüdən, qağıdalıdan və s.dən hazırlana bilir. Bu sıyıqları əvvəlcə tək halda bişirib vermək sonra isə qarışım halda bişirib vermək lazımdır.
6-7 aylığında uşaqlara yulaf və ya manna sıyığı yedirmək mümkündür.
Yuxarıda adları sadalanan sıyıqlar uşaqlara ana südü ilə qidalanma zamanı verilir. Sıyığın birdəfəlik miqdarı 100-200 qramdan artıq olamalıdır. Südəmər uşağa verilən sıyığa şəkər tozunu 7 aylığından tez əlavə etmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Südəmər uşaq nə ilə qidalanmaldır?" haqqında müzakirə