Kələmin mədədəki helikobakteriyaları məhv etmək qabiliyyəti olduğunu bilirdinizmi?

  • Müəllif: elnare
  • Tarix: 13 may 2017
  • Baxış sayı: 6 371
  • 0 rəy

Kələmin mədədəki helikobakteriyaları məhv etmək qabiliyyəti olduğunu bilirdinizmi? 

Kələm yemək mədə qıcqımasını aradan qaldırır.

Helikobakter bakteriya növüdür. Helikpbateriya insanın mədəsində və onikibarmaq bağırsağında yaşayır. Bu bakteriyalar mədə və bağırsaqlarda iltihabi proseslərin əmələ gəlməsinə səbəb olur və mədədəki turşuluğun artmasına səbəb olur. Turşuluğun artması isə qıcqırma əlamtləri ilə özünü göstərir. Uzun müddət mədə turşuluğunun artması mədə və onikibarmaq bağırsaqda yaranın əmələ gəlməsinə səbəb olur. Bunların baş verməməsi üçün isə mütəxəssislər mədədə turşuluğun normal saxlanmasını və artdığı zaman qarşısının alınmasını məsləhət görürlər. Çünki, uzun müddət mədə və onikbarmaq bağırsaqda turşuluğun yüksək olması xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. 80% insanlarda isə helikobakteriya heç bir əlamət vermədən yaşayır.
Mədədə helikobatrriyanın olması insanlarda həzmin pis getməsinə, köpün və qazın əmələ gəlməsinə, mədədə diskomfort hissinin əmələ gəlməsinə, həddindən çox yeməyə və ya iştahslzlığa, baş hərlənməyə, bağırsaq fəaliyyətinin normal olmamasına səbəb olur.

Helikobakteriyanın əmələ gəlmə səbəbləri:

  • * stress
  • * daima qırmızı ətilə qidalanmaq
  • * qazlı şirin sular
  • * konfetlər
  • * marketlərdə satılan hazır qida məhsulları
  • * aspirin tərkibli dərmanların uzun müddət qəbulu
  • * kofe
  • * spirtli içkilər

Nə kömək edə bilər?

Kələm şirəsi
Qədim xalq təbabəti növlərindən biri sayılır Kələm şirəsi mədə yarasından xilas olmaq üçün ən yaxşı təbii vasitələrdən biri sayılır. Kələm şirəsindən müalicə məsədilə yararlanmaq üçün onu təzə çəkilmiş halda gün ərzində 200 ml qəbul etmək lazımdır.
Aloe şirəsi
Aloe şirəsi helikobakteriya səbəbindən əmələ gələn yaraların sağalmasına, qıcqırmanın aradan qalxmasına səbəb olur. Hər gün 50ml aloe şirəsi içmək helikobakteriya səbəbindən əmələ gələn əlamtləri aradan qaldırır.
Şirin biyan kökü
Şirin biyan kökünün dəmləməsi mədədəki gərginliyi aradan qaldırır və mədəyə sakitləşdirici təsir göstərir. Biyan kökü dəmləməsi mədədəki turşuluğu azaldır və helikobakteriyaların sayının azalmasına səbəb olur.
Mədə və bağırsağında helikobakteriya olan xəstələrdə həzm sisteminin normal getməməsi onların orqanizmində K vitamininin çatışmazlığına səbəb olur. Bunun baş verməməsi üçün isə bakteriyanın məhv olmasına çalışmaqla yanaşı, tərkibində K vitamini olan qidalarla qidalanmaq lazımdır. K vitsmini isə ən çox kələmdə, brokkli kələmində, moruqda, Çin kələmində, cəfəridə, qaysıda və s. olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kələmin mədədəki helikobakteriyaları məhv etmək qabiliyyəti olduğunu bilirdinizmi?" haqqında müzakirə