Gözlərin səyirməsi hansı səbəbdən baş verir?

  • Müəllif: elnare
  • Tarix: 28 iyun 2017
  • Baxış sayı: 5 369
  • 0 rəy

Gözləriniz səyirir? Gözlərin səyirməsi hansı səbəbdən baş verir?

Bizim əksəriyyətimiz göz səyirməsinin nə olduğunu bilirik. Gözün səyirməsi qəfil başlayır. Bu bəzən kitab oxuyarkən, televizora baxarkən gözün üst qapağının titrəməsidir. Gözün səyirməsi bəzən qısamüddətli olur, bəzən isə günlərlə davam edir. Bu gözətrafı əzələdəki spazm və ya sinirlərin atılması səbəbindən baş verir. Gözün səyirməsi insan orqanizmi üçün təhlükəli hesab edilmir, amma bəzən sağlamlıqla əlaqədar ciddi xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Xəstəlik əlaməti kimi baş verməsə də gözün səyirməsi insanın sinir sisteminə təsir edərək onu qıcıqlandırır. 

Tibb elmi gözün səyirməsini “təkrarlanaraq gözün üst qapağında baş verən spazm tutması” kimi qeydə alır. Baş verən bu spazm bir və ya hər iki gözdə meydana çıxa bilir. Bəzi mütəxəssislər bunu göz əzələsinin qıcolması kimi qəbul edirlər. Bu qıcolmalar isə bəzən bir-neçə gün davam edir və sonra öz-özünə aradan qalxır.

Göz niyə titrəyir?

Gözün səyirməsinin dəqiq hansı səbəblərdən baş verməsi tibbə məlum deyil. Mütəxəssislər onun yorğunluqdan, stressdən, çoxlu kofein və ya spirtli içki qəbulundan baş verdiyini söyləyirlər. Gözün titrəməsi gözlərdə yorğunluq meydana çıxan zaman, gözlərdə həddindən artıq gərginlik olduqda, allergiya və ya göz membranının qıcıqlanması zamanı meydana gələ bilir. Spazm səbəbli baş verən bu əlamətlər zərərsiz və ağrısızdır.
Bəzən gözün səyirməsi nevroloji səbəblərdən meydana çıxır. Bu blefopospazm, amiotrifik skleroz, Lu Qeriq xəstəliyi zamanı baş verir. Blefarospazm ən çox qadınlarda baş verir, orta və yaşlılarda daha çox müşahidə edilir. Nevroloji səbəbdən gözün səyirməsi zamanı gözlər işığa qarşı həssas olur, üzün səyirən göz tərəfdə olan hissəsinin əzələləri titrəyir, bəzi hallarda isə gözün üst qapağı bir-neçə saat örtülü qalır.
Mütəxəssislər aşağıdakı hallarda gözlərində səyirmə olan adamları mütləq oftolmoloqa müraciət etməyi məsləhət bilir:
  • * Gözdə səyirmələr bir həftədən artıq baş verdikdə.
  • * Səyirmə həm gözdə, həm də üzdə baş verdikdə.
  • * Səyirmə zamanı gözdə şişkinlik baş verdikdə.
  • * Səyirmə ilə bərabər gözdən yaş gəldikdə.
  • * Gözün üst qapağı sallandıqda.
Oftalmoloq səyirmənin göz səbəbindən baş veməməsini təsdiqlədikdə isə mütləq nervpotoloqa müraciət etmək lazımdır. Problemi özünüz aradan qaldırmaq istədikdə isə stressi aradan qaldırmalı və yuxu rejiminizi normallaşdrımalısınız. İynəbatırma və massaj vasitəsilə də əlaməti aradan qaldırmaq mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gözlərin səyirməsi hansı səbəbdən baş verir?" haqqında müzakirə