Görmənin təbii yollarla yaxşılaşdırılması.

  • Müəllif: elnare
  • Tarix: 4 fevral 2019
  • Baxış sayı: 2 654
  • 0 rəy

Gözlər üçün 6 çalışma testi.
Görmənin yaxşı olması yalnız gəzmək, yemək hazırlamaq, oxumaq kimi bir çox fəaliyyətlərin həyata keçməsi üçün deyil, sağlam həyat yaşamaq üçündür. Gözlərin yaxşı görməsi üçün müxtəlif eynəklərdən istifadə edilir və lazer əməliyyatları həyata keçirilir. Amma bu görmənin yaxşılaşması üçün yeganə vasitə deyil.
Bir çox insanlar bədənlərini formada saxlamaq üçün müxtəlif çalışmalar və məşqlər edir. Görmənin də yaxşılaşması üçün bir çox belə çalışma vardır. Bu çalışmaları yerinə yetirdikdə isə göz əzələləri möhkəmlənir və görmə yaxşılaşır. Göz və göz ətrafında müxtəlif cür əzələlər var. Bu əzələlərin bir qismi gözlərdəki gərginliyi aradan qaldırır, bir qismi isə görməni yaxşılaşdırır.
Bizim gözlərimizin hərəkətinə altı göz əzələsi nəzarət edir:
1. Medial düz əzələ - gözlərin buruna doğru hərəkətinə nəzarət edir
2. Yan düz əzələ - gözlərin burunun əks tərəfinə doğru hərəkətinə nəzarət edir
3. Aşağı düz əzələ - gözün aşağı doğru hərəkətinə nəzarət edir
4. Yuxarı düz əzələ - gözlərin burundan üst tərəfə baxmasına nəzarət edir
5. Aşağı əyri əzələ - burundan gözün üst tərəfinə doğru baxmasına nəzarət edir
6. Yuxarı əyri əzələ - gözün burunun üst hissəsinə baxmasına nəzarət edir
Gözlərinizi nə qədər çox hərəkət etdirsəniz sizin üçün bir o qədər faydalıdır. Gözlərin hərəkət etməsi qan dövranının yaxşılaşmasına, göz və gözətrafı əzələ gücünün artmasına səbəb olur.
Görmənizin yaxşılaşmasını istəyirsinizsə, hər gün yüngül çalışmalar edin. Bu çalışmaları davamlı olaraq təkrarlasanız o zaman görmə qabiliyyətinizin yaxşılaşdığını hiss edəcəksiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Görmənin təbii yollarla yaxşılaşdırılması." haqqında müzakirə