Heteroxromiya

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 493 269
  • 0 rəy

Heteroxromiya.
Heteroxromiya gözlərin rənginin fərqli olmasıdır. Bu melonin çatışmazlığı səbəbindən baş verir.
Dünyaya göz açan körpələrin çoxunun gözləri açıq rəngdə olur. Müəyyən müddət keçdikdən sonra onların gözlərinin rəngi tündləşməyə başlayır və öz genetik xüsusiyyətlərinə uyğun rəng alır. Heteroxromiyalı uşaqlarda isə gözlərin rərgi tündləşmir və ya bir-birindən fərqli rəngdə qalır.
Heteroxromiya nədir?
Bu autosom dominant geni daşıyan adamlarda meydana çıxan əlamətdir. Bu geni daşıyan adamların gözlərində, saçlarında və dərilərinin rəngində fərqlilik müşahidə edilir. Əlamət genetik olaraq meydana çıxır, ailəvi xarakter daşıyır. Bu geni daşıyan adamların gözlərinin birinə melanin çox, digərinə isə az təsir edir. Hetroxromiya bir gözün yarı hissəsində də müşahidə oluna bilir.
Bəzi hallarda bu genə sahib olmayan adamların da gözlərinin rəngi müxtəlif ola bilir. Bu aşağıdakı hallarda baş verir:
– qlaukoma xətəliyində
– müalicəsi zamanı bəzi göz damcılarından istifadə edilən zaman
– gözün birinin müxtəlif travmaları zamanı
– gözün xərçəng xəstəliyində.
Heteroxromiya az sayda insanlarda rast gəlinən əlamətdir. Bəzən heyvanlarda da bu əlamətin daşıyıcılarına rast gəlmək olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Heteroxromiya" haqqında müzakirə