Aşağıdakı əlamətləri oxuyaraq, özünüzü tez bir vaxtda müalicə etdirə bilərsiniz.
Öz xəstəliklərinə özün diaqnoz qoymaq istəyirsənsə o zaman aşağıdakıları diqqətlə oxu və hansı xəstəliyin olduğunu öyrən!
Xəstələnən insanların heç də hamısı həkim müayinəsindən keçmir. Əksəriyyət insanlar özləri-özlərinə diaqnoz qoyub, xəstəliklərinin əlamətlərini aradan qaldırmağa çalışırlar. Xəstəliyin ilkin əlamətləri meydana çıxan zaman onun müalicəsinə başlanarsa, xəstəlik daha tez sağalar. Həkimə müraciət etmədikdə isə diaqnozu qoymaq və müalicə götürmək düzgün sayılmır. Aşağıdakı əlamətlərə görə siz özünüz-özünüzə diqnoz qoya və xəstəliyinizi tez bir zamanda müalicə etdirə bilərsiniz.Əgər sizin kürək və qasıq nahiyənizdə ağrılar varsa, o zaman sizin ya onurğanızda ya da uşaqlığınızda iltihabi proses var.
Əgər sizin budunuzun arxa hisəssində ağrı var və bu ağrı ayaq boyu yayılırsa, o zaman sizdə işyas var.
Əgər sizin qarnınızda sancılar varsa, və sancıların yeri dəyişilirsə, bu bağırsaqlardakı qazların əmələ gətirdiyi sancılardır.
Əgər sizin sidik kisəsi nahiyənizdə ağrı və sidiyə çıxan zaman göynəmə hissi varsa, o zaman sizin sidik kisənizdə iltihabi proses var.
Saçlara görə diaqnoz qoymaq
Saçlarınıza diqqət yetirin. Saçlarınızın ağarması sizin qocalmanızın əlaməti sayılmır. Ağarma əsəbi sarsıntıdan və böyük bədbəxt hadisələr yaşanan zaman da baş verə bilir.Əgər saçlarınız tökülürsə, o zaman sizin baş dərinizdə iltihabi proseslər var. Saçların sürətlə tökülməsi isə orqanizmdə ağır və kəskin xəstəliklərin baş verməsi zamanı meydana çıxır. Xəstəliyin müalicə olunması isə saç tökülmələrinin qarşısını alır.
Gözlərə görə diaqnoz qoymaq
İnsanın gözləri onun orqanizmi haqqında çox sözlər deyir.Gözlərin qızarması beyinə qansızma və ya gözün iltihabi xəstəlikləri zamanı baş verir.
Gözlərin saralması qaraciyər ( hepatit) və ya öd kisəsi xəstəlikləri zamanı meydana çıxır.
Gözlərin boğunuq şüşə şəklində olması və sönük olması ölümqabağı hal kimi qiymətləndirilir.
Gözlərin ətrafının göyərməsi orqanizmin zəifləməsinin əlamətidir.
Gözlərin dəbərib bərəlməsi Bazedov xəstəliyinin əlamətidir.
Gözlərin qəfil çəpləşməsi epileptik tutmanın, qıcolmanın və beyin xəstəliklərinin əlamətləridir.
Gözlərin giləsinin səyirməsi sinir sistemi xəstəliklərinin əlamətidir.
Gözlərə qəfildən qaranlığın çökməsi təzyiqin aşağı düşməsi və ya huşun itməsi zamanı baş verir.
Gözün üstünə görə diaqnoz
Gözlərin üstünün qızarması damarların genəlməsi səbəbindən baş verir.Gözlərin üstünün şişkinləşməsi, qızarması və seliyin olması gözün iltihabi xəstəliyi, qanlı ishal, qızılca zamanı meydana çıxır.
Gözün üstünün rənginin solğun olması qanazlığının əlamətidir.
Göz qapağının örtülməməsi iflic xəstəliyinin əlamətidir.
Gözlərdən durmadan yaşın axması gözyaşı kanalının tutlmasının əlamətidir.
Dodaqlara görə diaqnoz
Dodaqların rənginin solğun olması qanazlığının əlaməti sayılır.Dodaqların göyərməsi venaların tutulması zamanı meydana çıxır.
Dodaqlara göy ləkələrin olması ağciyərlərin genişlənməsi, qan dövranının pozulması və ürək xəstəlikləri zamanı meydana çıxır.
Dodaqların titrəməsi əsəbilik əlamətidir.
Dodaqların şişkinləşməsi qızılca və kretinizm zamanı meydana çıxır.
Gicgaha görə diaqnoz
Gicgah nahiyədəki damarların dəri altından sərt şəkildə qabarıb qalxması qan damarlarının skleroz xəstəliyinin əlamətidir. Bu əlamət insult xəstəliyinin başlamasının da göstəricisidir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aşağıdakı əlamətləri oxuyaraq, özünüzü tez bir vaxtda müalicə etdirə bilərsiniz." haqqında müzakirə