Qadınlarda estetik ginekologiya və profilaktikası

  • Müəllif: elnare
  • Tarix: 24 iyun 2017
  • Baxış sayı: 3 826
  • 0 rəy

Orta yaşlı qadınlar mütləq oxusunlar! Qadınlarda estetik ginekologiya və profilaktikası

İllər keçdikcə qadınlarda ginekoloji problemlər əmələ gəlməyə və artmağa başlayr. Patoloji əlamətlər ən çox da doğan qadınlarda və müəyyən yaşdan sonra meydana çıxmağa başlayır. 40 yaşından sonrakı dövrlərdə qadınların əksriyətində kiçik çanaq orqanları diskomfort əmələ gətirməyə başlayır. Yaşlı qadınların əksəriyətində isə asqıranda, öskürəndə və ya ağırlıq qaldıran zaman sidikburaxma meydana çıxır. Bu da kiçik çanaq üzvlərinin əzələlərində əmələ gələn zəifliklə əlaqədar olur. Yaş ötdükcə uşaqlığın və uşaqlıq yolunun tonusu da zəifliyir və xoşagəlməz əlamətlər meydana çıxır. Sidikburaxma isə öz növbəsində aralıq nahiyəsinin mikroflorasını korlayır və patogen mühit yaradır. Bu da öz növbəsində cinsi orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Qadın cinsi orqanlarında əmələ gələn xəstəliklər 30% hallarda residiv verir. Yaş ötdükdə, immunitet azaldıqca ilə əlamətlər çoxalaraq qadınlarda diskomfortun artmasına səbəb olur. Mütəxəssislər yaş artdıqca patoloji əlamətlərin çoxalmaması üçün qadınlara vaxtında ginekoloqa müraciət etməyi məsləhət bilir. Qadınlarda ginekoloji xəstəliklərin əsas giriş qapısı uçaqlıq yoludur. Əgər sizdə aşağıdakı əlamətlər varsa o zaman mütləq ginekoloqun qəbuluna düşün. Bu əlamətlərə aiddir:

  • * sidiyə çıxma ilə əlaqəli problemlər
  • * gecələr tez-tez sidiyə çıxma
  • * cinsi əlaqə zamanı diskomfort və ağrı hissi
  • * kiçik çanaqda və uşaqlıq yolunda ağırlıq hissi
  • * uşaqlıq yolunda narahatlıq hissi
  • * bel hissədə ağrı və ya ağırlıq hissi
  • * uşaqlıq yolundan axıntının gəlməsi
Yuxarıdakı əlamətlərin olması aşağıdakı hallarda sizin risk altında olmanızın göstəricisidir:
  • - çəkinin qəfil azalması
  • - onurğada ağırlıq hissinin olması
  • - genetik ginekologi xəstəliklərin olması
  • - menopauza və ya postmenopauza dövrü
  • - doğuşun və ya qeysəriyyə əməliyyatının baş verməsi
  • - kiçik çanaq orqanlarında əməliyyatların olması
Qadının kiçik çanaq orqanları onun həyatı üçün çox vacib əhəmiyyət daşıyır. Əgər patoloji əlamətlər varsa, o zaman kiçik çanağa xüsusi qaydalarla yanaşmaq lazımdır. Kiçik çanaq orqanlarına infeksiyaların uşaqlıq yolundan düşdüyünü nəzərə alsaq, deməli ilk növbədə uşaqlıq yolu qorunmalıdır.
1. Qorumaq
Qadınlar cinsi orqanlarının mikroflorasını qorumalıdırlar. Bu işdə uşaqlıq yolundakı qialuronova turşusu kiçik və böyük çanaq orqanlarını qoruyur. Turşuluğun miqdarı az olduqda isə müxtəlif ineksiyalar vasitəsilə yerli immunitet artırılır və patologiya aradan qaldırırlır.
2. Bərpa eləmək
Doğuşdan və ya ağır infeksiya xəstəliklərindən sonra uşaqlıq yolu zədələnmişsə və ya tamlığı pozulmuşsa, mütləq lazer müalicəsi ilə bərpa edilməlidir. Uşaqlıq yolu divarının möhkəmlənməsi istiqamətində aparılan müalicə metodları və ya uşaqlığın diametrinin daralmasına ehtiyac varsa mütləq vaxtında bərpa olunmalıdır. Çünki uşaqlıq yolunda cırılma və ya diametrinin enlənməsi varsa bu, uşaqlığın sallanmasına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qadınlarda estetik ginekologiya və profilaktikası" haqqında müzakirə