Qadın cinsi orqanlarında xərçəng xəstəliyinin olmasının əlamətləri

  • Müəllif: elnare
  • Tarix: 4 aprel 2017
  • Baxış sayı: 39 997
  • 1 rəy

Qadın cinsi orqanlarının xərçəng xəstəlikləri dedikdə aşağıdakı xəstəliklər nəzərdə tutulur:
* uşaqlığın xərçəngi
* yumurtalıqların xərçəngi
* uşaqlıq yolunun xərçəngi
* artımların xərçəng xəstəlikləri və s.
Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
1. Qanaxma

Qanaxma qadın xəstəlikləri zamanı ən çox meydana çıxan əlamətdir. Qanaxma ən çox qadınlarda menopauzanın başladığı zaman meydana çıxır. Bu zaman qanaxmalar baş verir və sonra qadınlarda aybaşı olmur. Bəzi hallarda qanaxma cinsi əlaqədən sonra və ya aybaşı arası zamanda meydana çıxa bilir. Bu isə hormonal pozulmaların  əlaməti hesab edilir. Aybaşının ağrılı və qanaxmalarla olması ilə  yumurtalıq  və yumurtalıq artımlarının xərçəng xəstəliyinin əlamətləri ola bilir. Uşaqlıq boynunun xərçənginin diaqnozunu qoymaq çətin deyil. Bu xəstəliyə şübhə olduqda servikal kanaldan yaxma götürülür və histoloji müayinə edilir. Müayinə zamanı yaxmada xüsusi xərçəng hüceyrələrinin olması xəstəliyin inkişaf etdiyini bildirir. Müayinənin tamamlanması üçün USM –in nəticəsi də əsas götürülür.

2. Axıntı
Uşaqlığın xərçəngi zamanı qadınlarda qanaxma ilə birlikdə axıntı da olur. Axıntı əksər hallarda infeksion xəstəliklər səbəbli baş verir. Amma, xroniki infeksion xəstəliklər xərçəngin başlanğıc əlaməti sayıla bilər.
3 Döşün quruluşunda dəyişikliklər
Qadın cinsi orqanlarının xətçəng xəstəliyi döşlərdə də öz izini göstərir Belə ki, xərçəng xəstəliyi zamanı qadınların döşlərinin və döş giləsinin quruluşu dəyişilir. Xəstəlik zamanı döşlərdə aşağıdakı əlamətlər meydana çıxa bilir:
* döşün əzələsi portağal qabığı şəklində olur
* döşün forması dəyişilıir
* döşlərdə qaşınmalar və piqment ləkələri əmələ gəlir
* döşün əzələsində çökəkliklər meydana çıxır
* döş və döş ətrafında temperatururn olması
4. Diskomfort
Qadın cinsi orqanlarında xərçəng xəstəliyinin əlamətlərindən biri cinsiyyət dodaqlarında qaşınma və discomfort hissinin meydana çıxmasıdır. Bəzən qadınlar bunu  allergiya  və ya infeksiya xəstəliklərinin əlaməti kimi qəbul edirlər, amma, bu belə deyil.
5 Qarında ağrılar
Yumurtalıqların xərçəng xəstəliyinin diaqnozunu qoymaq çətindir. Çünki, bu xəstəlik xüsusi bir əlamət vermir. Amma, bəzi əlamətlər bu xəstəliyə aid olur. Bu əlamətlərə qarının aşağı hissəsində ağrı, qarında qğrı, sidikburaxma, sidiyə çıxma hissi və s. aiddir. Düzdür bu əlamətlər başqa xəstəliyin də göstəriciləri ola bilir. Buna görə də mütəxəssislər mütləq həkimə müraciət etməyi məsləhət bilirlər.
6 Üşütmə-qızdırma
Üşütmə-qızdırma adətən infeksion xəstəliklər zamanı meydana çıxan əlamət hesab edilir. Amma, qadın cinsi orqanlarının xərçəng xəstəliyi zamanı qadınlarda üşütmə-qızdırma əlamətləri meydana çıxır. Bu zaman infeksiya əlamətləri olmur, lakin, xəstə bir həftədən çox bu əlamətlərdən əziyyət çəkir.
7.  Həzm pozğunluqları
Qadın cinsiyyət orqanlarının xərçəng xəstəliyi zamanı qadınlarda iştahanın olmaması, qəbizlik, ishal və nəcisdə qan izləri ilə müşahidə olunur.
8. Çəkinin pozulması
Onkoloji xəstəliklərin əsas əlaməti xəstənin qısa bir zamanda çəkisini azaltmasıdır. Kaxeksiya xərçəngin əsas əlamtlərindən biri sayılır.
9. Qarın ölçüsünün dəyişməsi
Uşaqlığın və yumurtalıqların xərçəng xəstəliyi zamanı şiş toxumasının ölçüsü iri olduqda qarının həcmi böyüyür. Bu zaman qarın bərk və iri olur.
10. Yorğunluq və halsızlıq
Xərçəng xəstəliyi insanda yorğunluğun, halsızlığın və süstlüyün əmələ gəlməsinə səbəb olur. Bunun səbəbi isə toksiki maddələrin orqanizmin sinir sisteminə mənfi təsir etməsidir. Orqanizmdə əmələ gələn vitamin və mineralların azlığı xəstə qadınlarda fiziki gücün azalmasına və halsızlığa səbəb olur.
Mütəxəssislər yuxarıda sadalanan əlamətlərin başqa xəstəliklər səbəbindən də baş verə biləcəiyini söyləyirlər. Bu səbəbdən də qeyd edilən əlamətlərdən ən azı 3-4-nün meydana çıxdığı zaman mütləq  həkimə  müraciət etməyi tövsiyə edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qadın cinsi orqanlarında xərçəng xəstəliyinin olmasının əlamətləri" haqqında müzakirə

  • İlahə
    Salam aybaşı bozğunluöu uşağlığda sancılı ağrı ayaqda olan ağrı hansı xəstəliyin əlamətidir