Qadınlarda seksual pozulmalar
Qadınlarda cinsi fəaliyyətin patologiyası sinir sisteminin və daxili orqanların funksional pozulmalarının səblərindən biridir. Qadınlarda seksual pozulmalar qədim zamanlardan məlumdur. Mütəxəssislərin araşdırmalarına əsasən il ərzində qadınların 43% -i seksual funksiyanın bu və ya digər pozulmalarından əziyyət çəkir, 18-59 yaşlı qadınlar arasında 27-32% hallarda seksə olan marağın itməsi, hər 4 nəfərdən birində anorqazmiya 22% qadınlarda seksin həzz verməməsi, 12% qadınlarda isə cinsi akt zamanı ağrılar müşahidə olunur. Seksual funksiyanın pozulmaları istənilən yaş dövründə təsadüf olunur.
Polietioloji və polisindromik əlamətlər bir sıra seksual pozulmaların xarakterik xüsusiyyətləridir, lakin zədələnmə dərəcəsi konkret halların hər birində eyni deyildir. İndiyə qədər qadınlarda seksual pozulmaların ümumi qəbul olunmuş təsnifatı mövcud deyildir. Onların etioloji prinsiplərinə görə təsnif vermək çətinliklər törədir. Belə ki, cinsi soyuqluq və ya homoseksualizm kimi hallar müxtəlif etiologiyalı olur. Seksual pozulmaların ənənəvi “formaları” müxtəlif xəstəliklərin sindromlarıdır.
Eyni tipli kliniki təsvirlərə baxmayaraq, qadınlarda seksual pozulmaların çoxsaylı müxtəlif formaları müşahidə olunur.
Qadınlarda klinik prinsiplər əsasında qurulan və cinsi pozulmaların tarixən qəbul olunmuş formalarını alan aşağıdakı patoloji qruplaşmalar mövcuddur.
1. Albidemiya
2. Anorqazmiya
3. Hiperseksuallıq
4. Seksual orientasianın pozulması (autoeqotizm, homoseksualizm, pedofiliya, zoofiliya və s.)
5. Cinsi marağın realizasiyası şərtlərinin pozulması ( fetişizm, sadizm, eksgibisionizm).
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadınlarda seksual pozulmalar" haqqında müzakirə