Qadınlarda sidiyi saxlaya bilməmək

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 7 723
  • 0 rəy

Qadınlarda sidiyi saxlaya bilməmək.
Sidiyi saxlaya bilməmək müəyyən yaş dövründən sonra qadınların əksər faizində görünən potoloji problemlərdən biridir. Bu patologiyanın əmələ gəlmə səbəbi uşaqlıq bağlarının öz funksiyasını itirməsi nəticəsində sallanması və sidik kisəsinə təzyiq göstərməsidir. Uşaqlığın bağları sallandıqda orqan öz yerini dəyişir və ətrafdakı orqanların normal fəaliyyətinə təsir edir.Uşaqlığın sidik kisəsinə basqısı nəticəsində sidik kisəsi sidiyi saxlamaq qabiliyyətini itirir. Bu zaman böyrəklərdən kisəyə sızan sidik yığılıb qalmır, birbaşa kisədən xaric olur. Xəstəliyin əmələ gəlməsinə aşağıdakılar səbəb olur:
– yaşın artması
– doğuşların sayı
– abortların sayı.
Uşaqlığın sallanması qadınlarda sidiyi saxlaya bilməməyin əsas səbəblərindən hesab edilir.
Sidiyi saxlaya bilməmək öskürmə, asqırma, gülmə, ağırlıq qaldırma, hətta cinsi əlaqə zamanı baş verə bilir. Uşaqlığın sallanmasının ağırlıq dərəcəsi nə qədər yüksək olarsa, sidiyi saxlaya bilməmək bir o qədər çətinləşir. Belə ki, bu zaman qadınların vəziyyəti daha da çətinləşir, çünki onlarda ayaq üstə dayandıqda, piyada gəzdikdə belə sidikburaxma müşahidə edilir.
Uşaqlığın sallanması zamanı bəzən qadınları cinsiyyət bölgəsində yad cismin olması hissini keçirirlər.
Xəstəliyə diaqnozun qoyulması ginekoloqun obyektiv müayinəsi nəticəsində müəyyən edilir.
Müalicə xəstənin yaşından, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq aparılır. Uşaqlıq sallanmasının müalicəsi cərrahi yolla aparılır. Bu zaman xəstə əməliyyat olunur və uşaqlıq bağları dartılıb yuxarı çəkilir. Bəzən uşaqlığın sallanmaması üçün vaginanın daraldılması əməliyyatı da həyata keçirilir.
Gələcəkdə bu problemlə üzləşməmək üçün müasir tibbdə müxtəlıf vasitələrdən istifadə edilir. Bu vasitələrə, aralıq əzələlərinin möhkəmləndirilməsi üçün massajlar və müxtəlif idman hərəkətləri aiddir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qadınlarda sidiyi saxlaya bilməmək" haqqında müzakirə