Hamiləliyin 30-cu həftəsində nələr baş verir

  • Müəllif: elnare
  • Tarix: 13 iyun 2017
  • Baxış sayı: 10 872
  • 0 rəy

Hamiləliyin 30-cu həftəsində nələr baş verir

Hamiləliyin sonu yaxınlşdıqca ananın narahatlığı artmağa başlayır. 30-cu həftədə uşaq bir az da böyümüş olur. Artıq onun başını diametrinin ölçüsü 75,4 mm-dir. Onun döş çevrəsinin ölçüsü 77,4, qarın çevrəsinin ölçüsü isə 79,3 mm olur. Bu həftədə ananın hərəkətinin aktivliyi bir az da azalmış olur, ana öz hərəkətlərini qarnının ölçüsünə uyğunlaşdıraraq edir.

Bu həftədə uşağın bütün orqanları formalaşmış olur, beynin tam formalaşması üçün isə az miqdarda işi qalır. Mütəxəssislər bu dövrdə uşaqların analarının səslərini eşitdiyini söyləyirlər. Belə ki, bu həftədən uşaqlar ana bətnində analarının səslərinə zəif reaksiya verə bilirlər.

Bu dövrdə dölyanı maddə toplanan kisənində ölçüsü də böyümüş olur. Bu həftədə doğulan uşaq yarımşıq doğuımuş hesab edilir.

30 həftəlik hamilə qadın nə hiss edər?

Bu həftədən qadınlar ən azı həftədə bir dəfə ginekoloqun qəbulunda olmalıdırlar. Bu dövrdə işləyən qadınlar analıq məzuniyyətinə çıxmış olurlar. Bu zaman hamilə qadınların uşaqlığı qarın hissədə iri şar şəklində dəbərib durmuş olur. Qarın boşluğu üzvləri uşaqlıq tərəfindən sıxıldığı üçün bütün örqanlara narahatçılıq hissi duyulur. Bu zaman həzm ləngiyir, bağırsaqlarda qəbizliklər meydana çıxır, böyrəklərdə axarların sıxılması səbəbindən sidik yığılıb qala bilir. Diafraqmanin sıxılması ürərəyin də işini ləngidə bilir. Bu həftədən artıq qadınlar həzmin getmədiyi üçün istədiklərini yeyə bilmirlər. Kəkin və ədviyyaatlı qidalar, sarımsaq, soğan, ketçap, hisə verilmiş qidalar 30-cu həftədən artıq qadınlarda paroblemlərə səbəb ola bilir.

30-cu həftədə qadınların əl və ayaqlarında qıcolmalar meydana çıxa bilir, onun tez-tez beli ağrayır, gözlərinin qarşıssında “qarışqalar gəzir”, baş hərlənməsi olur.

Bu həftədən hamilə qadınların yataqda sağa-sola çevrilmələri də çətinləşir. 30-cu həftədən artıq ananın uşaqlıq yolundan gələn axıntının tərkibi də dəyişməyə başlayır. Hamiləliyin 30-cu həftəsində ana quru yeməklərdən uzaq durmalıdır. Çoxlu və dəfələrlə yuyulmuş meyvə və tərəvəzlər yeməlidir. Qidalarını ağzı bağlı qablarda saxlamalıdır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləliyin 30-cu həftəsində nələr baş verir" haqqında müzakirə