27 həftəlik hamiləlik zamanı nələr baş verir?

  • Müəllif: elnare
  • Tarix: 18 may 2017
  • Baxış sayı: 4 524
  • 0 rəy

27 həftəlik hamiləlik zamanı nələr baş verir?

27 həftəlik hamiləlik zamanı uşağın bütün orqanları formalaşmış olur və onun yeganə işi inkişaf edərək böyümək olur. Bu dövrdə uşağın boyu 34sm, çəkisi isə 1 kiloqrama yaxın olur. Bu həftədə uşağın bədəni böyümüş olur, onun başının diametri 67,9 mm, döş çevrəsinin diametri isə 69,1 mm ölçüdə olur. 27 həftəlik hamiləlik zamanı uşağın bədənində sürətli şəkildə müxtəlif reaksiyalar gedir. Uşaq böyüdüksə ananın vəziyyəti ağırlaşır və ana məcburən xoşladığı bir-çox əyləncəılərdən əl çəkməli olur. Bədəninin ağırlaşdığını hiss etdiyindən hamilə qadınlar gününün çox hissəsini evdə keçirməyə məcbur olurlar. Təmiz havada piyada gəzmək, dəniz havasını qoxulamaq, istirahətə üstünlük vermək hamilə qadınlar üçün çox faydalıdır. Artıq bu həftədən başlayaraq doğuş barədə məlumatlar toplamağa başlamaq lazımdır. 27 həftəlik hamiləlikdə uşağın da, ananın da çəkisi əvvəlki həftəyə nisbətən artmış olur. Bu dövrdə uşağın ana bətnində qəfil hərəkətlər etməsi təhlükəli sayıla bilər.

27-c- həftədə ananın uşaqlıq yolundan gələn axıntısına nəzarət eləmək lazımdır. Çünki, istənilən vəziyyət uşağın sağlamlıöına birbaşa təsir edir.

Artıq qida rasionundan kəskin və ədviyyatlı qidaları çıxarmaq lazımdır. Çünki, belə qidalar uşaqda allergiyanın əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"27 həftəlik hamiləlik zamanı nələr baş verir?" haqqında müzakirə