26 həftəlik hamiləlikdə nələr baş verir?

  • Müəllif: elnare
  • Tarix: 19 may 2017
  • Baxış sayı: 13 015
  • 0 rəy

26 həftəlik hamiləlikdə nələr baş verir?

26 həftəlik hamiləlikdə uşağın çəkisi 800 qram, boyu 33 santimetr olur. Uşağın boyunun ölçüsü onun orqanizminin ifraz etdiyi hormonlardan asılı olur. 26 həftəlik hamillik zamanı uşağın başının diametri 65,1 mm, qarın və döş dövrəsinin çevrəsinin ölçüsü isə 67,4-65,8 mm olur.

26 həftəlik hamiləlik zamanı uşaq qoxuya, səsə, dadlara reaksiya verə bilir. Yüksək və qəfil səslər bu dövrən başlayaraq uşaqların qəfildən sıxılmasına səbəb olur. Belə vəziyyət yarandıqda ananın sakitləşməsi uşağın rahat olmasına səbəb ola bilir. Hamiləliyin 26-cı həftəsində uşağın dişləri formalaşmağa başlayır. Bu həftədə uşağın sümük və əzələ sistemi formalaşır.

26-cı həftədən başlayaraq qadınlar özlərində ağırlıq hiss etməyə başlayırlar. Artıq onlar ev işlərini görməkdə çətinlik çəkirlər. Bu həftədən sonra anaların tez-tez istirahət etməyə ehtiyac duyurlar. Onlar fiziki hərəkət zamanı oturmağa və uzanmağa ehtiyac duyurlar. Çünki, anaların qarınları günü-gündən böyüyür və çəkiləri artır. Anaların istirahət etdikləri zaman uşaq da özünü sakit hiss edir.

26-cı həftədə uşaqlığın ölçüsü 26 sm -ə çatır. Uşaqlığın böyüməsi diafraqmanın sıxılmasına və mədə bağırsağın sızılaraq öz işini normal görə bilməməsinə səbəb olur. Bu dövrdə hamilə qadına qızardılmış, duzlu, hisə verilmiş qidalardan istifadə etmək məsləhət görülmür.
Bu həftədən uşaqlığın boynu genişlənmiş ola bilir, Əgər ginekoloq bunu söyləyərsə diqqətli olmaq lazımdır, çünki bu vəziyyət uşaqlığa asanlıqla infeksiyanın düşməsinə səbəb ola bilir. Bunun baş verməməsi üçün isə uşaqlıq yolunun mikroflorasını yoxlatdırmaq və ginekoloqun məsləhətini almaq lazımdır. Çünki, uşaqlıq yoluna infeksiya düməsi zamanı uşağa zərər dəyə bilər. 26-cı həftədə uşaqlıq yolundan qan gələ bilir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
26-cı həftədən başlayaraq hamilə qadınlar özlərinə qarşı çox diqqətli olmalıdırlar. Adi bir diqqətsizlik uşağın həyatı bahasına başa gələ bilər. Bu dövrdən başlayaraq ginekoloqla daha çıx əlaqə saxlamaq lazımdır. Hamiləliyin 26-cı həftəssində ana qidasına diqqət yetirməli və düzgün qidalanmaya üstünlük verməlidir. Bu dövrdən başlayaraq hamilə qadınlar doğuma hazırlaşmağa başlamalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"26 həftəlik hamiləlikdə nələr baş verir?" haqqında müzakirə