Arı sancması zamanı nə etmək lazımdır?

  • Müəllif: elnare
  • Tarix: 31 may 2017
  • Baxış sayı: 3 625
  • 0 rəy

Arı sancması zamanı nə etmək lazımdır? Arı sancması nələrə səbəb olur.

Yaz və yay aylrında güllərin çiçəklərin açması, ağacların bar verməyə hazırlaşması onların ətrafında həşəratların yığılmasına səbəb olur. Bu həşəratlar arasında arılar da olur. Arılar isanlar üçün qorxulu sayıldıqlarına görə ən çox da onların həyatı təhlükə qarşısında qalır. Belə ki, arı sancmasından qorxan insanlar arıları öldürməyə çalışırlar.

Ari sancması nadir hallarda ölümə səbəb ola bilir. Arı sancmasının orqanizmə təsiri adətən yerli olur. Bəs arı sancan zaman nə etmək lazımdır?

Mütəxəssislər arıların çox olduğu yerlərdə yaşayan insanlara bədənlərini örtən paltar geyməyi məsləhət bilirlər. Mütəxəssislər hətta, üstünə arı qonan meyvəni yeməyi məsləhət bilmirlər. Çünki, arının tikanı orada olar və ağız boşluğunda xoşagəlməz hadisələr baş verə bilər. Amma əgər sizi arı sancıbsa, o zaman qorxmağa səbəb yoxdur. Düzdür, dediklərimizin arı və arı məhsullarına qarşı allergiyası olan adamlara dəxli yoxdur. Çünki belə adamlarda anafilaktik şok baş verə bilir. Onları arı vuran kimi təcili həkimə çatdırmaq lazımdır. Allergiyası olmayan adamların isə qorxmalarına ehtiyac yoxdur. Onlar ilk növbədə arının tikanının dəridə qalıb-qalmamasına diqqət yetirməli və əgər tikan qalıbsa onu pinset vasitəsilə çıxarmalıdırlar. Həmin yerə düşən arı zəhərini sıxıb çıxarmağa çalışmayın, yara yeri iriləyə və oraya infeksiya düşə bilər. Arı sancan yeri yod və ya spirtli pambıqla silmək kifayətdir. Soyuq buz qoymaq arı sancan yerin şişməməsiə səbəb olur. Buz qoyduqda arının zərəri orqanizm tərədindən gec mənimsənilir və yerli əlamətlər az olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Arı sancması zamanı nə etmək lazımdır?" haqqında müzakirə