Yod kletkası çəkmənin orqanizmə faydası varmı?

  • Müəllif: elnare
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 32 630
  • 0 rəy

 Yod kletkası çəkmənin orqanizmə faydası varmı?
İnsan orqanizmində bir çox xəstəliklər zamanı biz xəstə nahiyəmizə yod kletkası çəkirik. İndi hər bir evin dərman qutusunda yod məhlulu var və demək olar ki, hamı yod kletkasından lazım olan vaxt istifadə edir.
Yod kletkası xəstəliklərin müalicəsində effektli sayılmır, amma ondan xalq arasında geniş istifadə edilir. Belə ki, yod kletkası müəyyən yüngül patoloji əlamətləri aradan qaldırmaqla xəstənin vəziyyətini yüngülləşdirir.
Yod kletkasından soyuqdəmə və osteoxondroz ağrıları zamanı daha çox istifadə edilir və faydalı olur. Bəs bunun səbəbi nədir?
Dəriyə yod çəkildiyi zaman dərialtı kapillyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qanın axınını sürətləndirir və ağrı hissi azalır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalara da qanın axını sürətlənir və iltihab əlamətləri aradan qalxır. Amma yadda saxlamaq lazımdlr ki, yüksək temperatura olduqda dəriyə yod kletkası çəkmək olmaz.
Mütəxəssislər ehtiyacı olan adamın dərisinə birbaşa yod sürtməyi məsləhət bilmir. Çünki yoda qarşı allergiyası olan adamların dərisində müxtəlif patoloji əlamətlər meydana çıxa bilər. Bunun baş verməməsi üçün əvvəlcə dərinin kiçik bir hissəsinə yod sürtüb 10-15 dəqiqə gözləmək lazımdır. Əgər dəridə qızartı izi yoxdursa,  o zaman ehtiyacı olan adamın dərisinə yod sürtmək olar.
Yod kletkasından ən çox aşağıdakı xəstəliklərdə istifadə edilir:
* radikulit
* osteoxondroz
* varikoz genəlmə
* tromboflebit
* astma, angina, bronxit
* mialgiya, nevralgiya
* gərilmələr, travmalar, qanaxmalar
* frunkul, karbonkul və abseslər
* mastit
* qalxanabənzər vəzi xəstəlikləri.
Yod kletkası çəkmək üçün 5%-li yod məhlulundan istifadə edilir. Bu zaman məhlul pambıq tampona batırılır və 1x1 sm ölçüdə kvadratlar şəklində ağrıyan nahiyəyə çəkilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yod kletkası çəkmənin orqanizmə faydası varmı?" haqqında müzakirə