Sosial qorxu nədir? Sosial fobiya

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 3 594
  • 0 rəy

Sosial qorxu nədir?Sosial fobiya
Sosial fobiya insanın sosial vəziyyətlərə qarşı olan qorxu duyğusunun olmasıdır.Bu qorxu ilə yaşayan insanlar ətrafdakılar tərəfindən olan baxışlardan,söz-söhbətlərdən,qeybətlərdən qorxur və uzaq durmağa çalışırlar.Sosial fobiyası olan insanlar ətrafdakıların yanında utanmaq hissindən qorxduqları üçün insanlaradan uzaq qaçırlar.Çünki onlar qorxunun sonunun daha da pis olacağını düşünürlər.Belə insanlar bəzən adi bir işdən ötrü həftələrlə,aylarla qorxu içərisində yaşayırlar.Bu cür insanlar öz qorxularının əhəmiyyətsiz olduğunu düşünsələr də bu fikirdən özlərini uzaqlaşdıra bilmirlər.Bu cür qorxu ilə yaşamaq həmin insanları məktəbdən,işdən,çevrədən,cəmiyyətə qaynayıb-qarışmaqdan uzaqlaşdırır.
Sosial fobiyası olan insanlar aşağıdakılardan uzaq durmağa çalışırlar:
* başqalarının qarşısında yemək və ya içki içmək
* başqalarının qarşısında yazmaq və ya oxumaq
* diqqətini toplamaq
* yeni adamlarla görüşmək
* yığıncaqlara getmək
* iclaslarda çıxış etmək
* ümumi tualetdən istifadə etmək
* telefonda söhbət eləmək
Sosial fobiyası olan insanlarda panikaya düşmək,depressiya və digər diqqət pozğunluqları müşahidə edilir.Belə insanlar xasiyyətlərindən dolayı işlərinin düz getmədiyini bilsə də özünü ələ ala bilmir.
Sosial fobiyası olan insanlarda aşağıdakı əlamətlər özünü biruzə verə bilir:
* sosial vəziyyətlərdən uzaqlaşma
* belə hallarda qarşı çıxma
* diqqətsizlik,ürək sıxıntısı,titrətmə,üz qızarması
* mədə turşuluğunun artması
* bağırsaq problemləri
İnsanlarda sosial qorxunun baş verməsinin səbəbləri bioloji,psixoloji və ətraf mühitdən(söz-söhbətdən,qeybətdən) qorxmadır.
Sosial fobiya xəstəlik hesab edilmir,amma,onun müalicəsi psixoloqlar tərəfindən aparılır. 
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sosial qorxu nədir? Sosial fobiya" haqqında müzakirə