Leyşmaniya
Leyşmaniyalar qamçılı qurdlardır. Onlar insan orqanizminə daxil olub xəstəlik törədən parazitlər hesab olunurlar. Leyşmaniya parazitləri insan orqanizminə aşağıdakı vasitələrlə daxir ola bilirlər:
* xəstə böcəklərin sancması ilə
* tamlığı pozulmuş dəridən təmas vasitəsilə
* qançöçürmə zamanı.
Parazitlər insan orqanizminə daxil olduqdan sonra qaraciyər, dalaq, limfa düyünləri, sümük iliyi və dəri toxumasında artıb çoxalırlar. Leyşmaniyaların çoxalması hüceyrələrinin bölünməsi hesabına artır. Xəstəliyin əsas daşıyıcısı böcəkdir. O insanı sancır və onun sancdığı yerdə ağrılar əmələ gəlir. Ən çox isti havalarda fəaliyyətə başlayan bu böcəklər külək vasitəsilə asanca ətrafa yayıla bilirlər.
Leyşmaniya xəstəliyinin əlamətləri həşərat cancandan bir-neçə həftə sonra meydana çıxır. Bu müddət ərzində xəstənin dərisində yüngül qızartı və ağrı hissi olur. Sonra qızaran hissə böyüyüb şişkinləşir və qabıq verməyə başlayır. Vaxında antiseptik müdaxilə olmasa yara böyüyüb irinləyə bilir. Əgər yara irinləyərsə, sağaldıqdan sonra yerində çapıq qoyur ki, bu da dəridə ömürlük iz kimi qalır. Leyşmaniya xəstəliyinə məruz qalan adamlarda ona qarşı immunitet yaranır.
Leyşmaniyanın metastaz forması da vardır ki, bu zaman yaralar daxili orqanlarda meydana gəlir. Xəstəliyin bu forması təmas və qanköçürmə zamanı baş verir və nadir hallarda rast gəlinir. Xəstəliyin bu forması zamanı aşağıdakı əlamətlər meydana çıxa bilir:
– düzənsiz qızdırma
– dəridə solğunluq
– qaraciyər, dalaq və limfa düyünlərində böyümə.
Leyşmaniya xəstəliyinə diaqnoz qoymaq üçün yara yerindən iynə ilə çıxarılmış kütlənin müayinəsi aparılmalıdır. Müalicə həkim tərəfindən və vaxtında aparılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Leyşmaniya" haqqında müzakirə