Aşağıdakı adları yazılan qidaları soyuducuda necə saxlamaq olar?
- Müəllif: elnare
- Tarix: 30 may 2017
- Baxış sayı: 4 964
- 0 rəy
Aşağıdakı adları yazılan qidaları soyuducuda necə saxlamaq olar?
1. Qoz
Qozu ağzı kip bağlanmış bankada soyuducuda saxlamaq lazımdır. Otaq havasında və isti tempraturda saxlanılan zaman qozun tərkibindəki yağ isinir və tündləşib qozu korlayır.
2. Yumurta
Yumurtanı soyuducunun ən isti gözündə saxlamaq lazımdır. Bu səbəbdən də yumurtanı saxlamaq üçün soyuducunu qapısı uyğun görülür. Qapı açıldığı zaman ən tez yumurtaların isinməsi üçün bu yer daha uyğun sayılır.
3. Buğda unu
Əgər 3 aydan çox zaman buğda ununu saxlamaq istəsəniz bu zaman ağzı kip qabda buzluqda saxlayın.Un isti havada çox qaldıqda korlanır.
4. Kətan toxumu
Kətan toxumunu 3 aydan çox saxlamaq lazım gəldikdə onu hermetik qabda soyuducuda saxlayın.
5. Kartof
Kartofu soyuducuya qoymaq olmaz. Onu soyuq və qaranlıq yerdə saxlamaq lazımdır.
6. Pomidor
Pomidoru soyuducuda saxladıqda o öz dadını və mətinin keyfiyytini itirir. Buna görə də pomidoru soyuq otqada kağıza bükülü şəkildə saxlamaq lazımdır.
7. Qırmızı və sarı soğan
Soğanı qəti şəkildə soyuducuya qoymaq olmaz. Soğan quru və hava işləyən yerdə saxlanmalıdır.
8. Keşniş, çəfəri, şüyüd və digər göyərtilər
Göyərtiləri mülayim və isti havalarda otaq tempraturunda saxlamaq olmaz. Göyərtilər kağıza və ya pambıq parçaya bükülü halda soyuducunun alt gözündə saxlanmılmalıdır.
9. Xiyar
Xiyarı soyuducuda saxlamaq olmaz. Onu sərin və qaranlıq yerdə saxlamaq lazımdır.
10. Kərəviz
Kərəvizin keyfiyyətinin itməməsi üçün onu folqaya büküb soyuducunun qapı gözündə saxlamaq lazımdır.
11. Sarımsaq
Sarımsağı soyuducuya qoymaq olmaz. Onu quru və sərin yerdə saxlamaq lazımdır. Uzun müddət saxlamaq istədikdə isə sarımsağı paketə yığıb dondurucuda saxlamaq lazımdır. Sarımsağın saralmaması üçün onu soyuq və qaranlıq yerdə saxlamaq lazımdır.
12. Kofe dənələri
Kofe dənələrini soyuducuda saxlamaq məsləhət deyil. Onlar ağzı hermetik qabda otaq temperaturunda saxlanılmalıdır. Kofe dənələrinə nəm və soyuq hava qəti olmaz.
13. Çörək
Çörəyi soyuducuda saxlamaq olmaz Onu qısa müddətlik saxladıqda otaq tempraturunda, uzun müddət saxlanıldıqda isə buzluqda saxlamaq lazımdır.
14. Avokado
Avokado meyvəsini soyuducuda qəti saxlamaq olmaz. Avokadə 4-5 gün müddətində otaq temperaturunda saxlanıla bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aşağıdakı adları yazılan qidaları soyuducuda necə saxlamaq olar?" haqqında müzakirə