Aşağıdakı qidaları qətiyyən soyuducuda saxlamaq olmaz, diqqətli olun!

  • Müəllif: elnare
  • Tarix: 20 mart 2017
  • Baxış sayı: 8 007
  • 0 rəy

Mülayim və isti havalarda bir çox qadınlar əksər qida məhsullarını soyuducuya yığırlar. Bu üsul uzun müddət saxlanılması gərək olan qidaların xarab olmaması baxımından çox faydalıdır. Belə ki, aşağı temperaturda bir çox qida məhsulları öz keyfiyyətini itirib xarab olmur. Amma, bəzi qida məhsulları vardır ki,onları soyuducuda saxlamaq olmaz. Bu qidaların hansı olduğunu bilirsinizmi?
Çörək
Mütəxəssislər çörəyin 0-2* temperaturda öz təzəliyini itirdiyini sübut etmişlər. Belə ki, araşdırmalar soyuducuda saxlanılan çörəyin otaq temperaturunda saxlanılan çörəkdən daha tez xarab olduğunu söyləyirlər. Mütəxəssislər çörəyil polietilen torbada soyuducunun dondurma gözündə 4 – 6 ay saxlamaq olduğunu qeyd edirlər, amma soyuducunun alt gözündə çörəyi saxlamaq qətiyyən olmaz. Çünki, aşağı temperaturda çörək öz təravətini itirir.
Tropik meyvələr
Tropik meyvələr aşağı temperatura öyrəşmədikləri üçün onları soyuducuda saxlamaq qətiyyən olmaz. Çünki, tropik meyvələr soyuducunun zəhərli qazlarına qarşı həssas olur və öz təravətlərini tez itirirlər. Banan, kivi, naringi otaq temperaturunda soyuducudakından daha təravətli qalır. Soyuducunun nəm havası tropik meyvələrin qabığına ləkə salır və vaxtından əvvəl çürüməsinə səbəb olur. Mütəxəssislər bu səbəbdən də tropik meyvələri saxlayarkən onun qabığına su dəyməsinin qarşısını almağı tövsiyə edirlər.
Şirəli meyvələr
Mütəxəssislər şirəli meyvələrin soyuducuda saxlanılmasının əleyhinədirlər. Onların araşdırmaları bu meyvələrin soyuducunun etilen qazını canlarına çəkə bilmək qabiliyyəti olduğunu sübut etmişlər.
Təzə tərəvəzlər
Mütəxəssislər təzə tərəvəzlərin soyuducuda saxlanılmağını məsləhət bilmirlər. Belə ki, yerkökü, çuğundur, kartof, turp kimi tərkibində nişasta olan tərəvəzlərin soyuducuda saxlanılması məqsədəuyğun sayılmır. Çünki, bu tərəvəzlər özlərinə nəmi asanlıqla çəkir və tez bir zamanda çürüyürlər.
Soğan və sarımsaq
Bu tərəvəzlər aşağı temperatura dözməyən tərəvəzlərdir. Onlar nə donmaya, nə də çox nəm və soyuq havaya davam gətirə bilirlər. Bu tərəvəzlərin iyi soyuducuda olan qidaların üzərinə hopur və onların keyfiyyətini korlayır. Mütəxəssislər soğan və sarımsağı soyuducuda saxlamaqdansa, 18-20* temperaturda saxlamağı məsləhət bilirlər.
Göyərtilər
Mütəxəssislər göyərtilərin çox soyuğa qarşı davamlı olmadığını qeyd edərək onları soyuducuda deyil, sərin yerdə saxlamağı məsləhət bilir.
Zeytun yağı
Zeytun yağı sərin və günəş şüalarından uzaq yerdə saxlanılmalıdır. Onun soyuducuda saxlanılması yağın donmasına və tərkibinin dəyişməsinə səbəb olur.
Şokolad
Soyuducuda saxlanılan şokoladın üst təbəqəsi korlanır. Bu səbəbdən də soyuducudan çıxarılıb yeyildikdə əvvəlki dadı vermir. Bu zaman təzə şokolad kakao tozu və şəkər kristallarının qarışımından hazırlanmış qarışım dadı verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakı qidaları qətiyyən soyuducuda saxlamaq olmaz, diqqətli olun!" haqqında müzakirə