Pekin kələmi

  • Müəllif: elnare
  • Tarix: 4 aprel 2018
  • Baxış sayı: 5 561
  • 0 rəy

Bu kələmin vətəni Çin hesab edildiyinə görə ağ kələmin bu növü belə adlandırılır. Onun seleksiyası və yetişdirilməsi bizim eradan əvvəllərə qədər gedib çıxır. Kələmin bu növü Yaponiyada, Koreyada, Cənub Şərqi Asiyada daha çox məşhurdur. Pekin kələminin digər ağ kələmlərdən fərqi onun görünüşünün fərqli olmasındadır. Pekin kələminin yarpaqları nazik, yumşaq, uzunsov, ağ zolaqlardan ibarət olur. Onun yarpaqlarının zoğları və orta hissəsi ağ, yarpaqlarının ucunun rəngi isə yaşıl olur.
Saxlanılması:
Soyuducuda Pekin kələminin dadını və keyfiyyətini itirmədən 3-4 gün saxlamaq mümkündür. Kələmin paketlənməsinin hermetikliyinə əmin olduqda isə kələmi soyuducuda 15 gün saxlamaq mümkün olur. Uzun müddət saxlamaq üçün kələmi 2-3* tempraturda və 95-98% rütubədə saxlamaq lazımdır. Bu şərtlər altında kələmi dörd aya qədər saxlamaq mümkündür. Amma, bu kələmi dondurucuda da saxlamaq olur. Belə ki, Pekin kələmini dondurucuda saxladıqda onun tərkibində olan vitaminlər öz tərkibini dəyişmir. Bu kələm az kalorili tərəvəzlərdən hesab edilir. Onun 100 qramında 13 kalori var. Bu tərəvəz öz sağlamlığına və çəkisinə diqqət yetirən adamlar üçün əla qida vasitəsidir. Bu tərəvəz bişirildiyi zaman bir kalori itirir.
100 qram Pekin kələmində olan qida dəyəri:
- Zülallar – 1,2 qram
- Yağlar – 0, 2 qram
- Karbohidratlar – 2 qram
- Su – 94,8 qram
- Kaloriliyi – 13 kKal.

Pekin kələminın Xeyri

Pekin kələminin yarpaqları vitaminlər və mikroelementlərlə zəngindir. Yarpaqların tərkibində B qrup vitaminlər, A, C, E, K vitaminləri, yod, dəmir, marqanes, sink, fosfor, maqnium və kalium var. Tərkibində kalorinin miqdarının az olmasına görə Pekin kələmi dietik məhsul hesab edilir. Baş ağrılarından, depressiyadan, sinir sistemi narahatçılıqlarından, şəkərli diabetdən əziyyət çəkənlərin bu kələmdən istifadə etməsində çox fayda var. Pekin kələmi lifli tərəvəzlərdən olduğu üçün bağırsaq fəaliyyətini sürətləndirir və qəbizliyi aradan qaldırır. Ateresklerozdan və hipertoniyadan əziyyət çəkən xəstələrin uzun müddət bu tərəvəzdən istifadə eləməsi xəstəliyin əlamətlərinin azalmasına səbəb olur. Kələm yaraların sağalmasını sürətləndirir və orqanizmdə olan iltihab əlamətlərinin azalmasına səbəb olur.
Kələmin bu növünün vətəninin Yaponiya olduğunu söyləyənlər də var. Yaponiyada kələmin bu növü uzunömürlülük bitkisi sayılır. Kələm yarpaqlarının tərkibində olan amin turşuları, lizin bunu deməyə əsas verir. Pekin kələminin tərkibində olanlar qanın miqdarının, arterial təzyiqin normallaşmasına,damar divarının möhkəmlənməsinə səbəb olur. Kələmin bu növü qırmızı və ağ qan hüceyrələrinin normallaşmasını təmin edir, maddələr mübadiləsini yaxşılaşdırır. Bu səbəbdən də anemiyadan əziyyət çəkənlərə gündəlik qida rasionunda Pekin kələmindən istifadə etmək məsləhət bilinir. Pekin kələmi qanda xolesterinin miqdarını da aşağı salmaq qabiliyyətinə malikdir.
Bu kələmin ən yaxşı xüsusiyyətlərindən biri də onun orqanizmdə ağır metal duzlarını və radioaktiv şüalanma zəhərlənməsini xaric etməsidir. Bu kələmdən qida vasitələrinin hazırlanmasında geniş istifadə edilir. Belə ki, kələmin bu növündən hazırlanan xüsusi salatlar var. Pekin kələmindən şorbaların, salatların, qarnırlərin hazırlanmasında geniş istifadə edilir. Pekin kələmini ət və göbələklə bişirib dadlı yeməklər hazırlamaq olur.
Pekin kələmindən mədə qanaxmaları, diareya, ishal, mədə turşuluğunun artması zamanı istifadə eləmək xəstəliyin əlamətlərini artırır. Turşuluğun artdığı zamanlarda bu tərəvəzi yemək baş ağrılarına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pekin kələmi" haqqında müzakirə