Buğdadan aşağıdakı kimi istifadə etdi, görün necə sürətlə arıqladı

  • Müəllif: elnare
  • Tarix: 19 fevral 2017
  • Baxış sayı: 7 799
  • 0 rəy

Buğdadan aşağıdakı kimi istifadə etdi, görün necə sürətlə arıqladı.
Əgər əlinizin altında buğda yoxdursa, bu dietanı qreçka ilə də edə bilərsiniz. Dieta cücərmiş buğda ilə aparılır. Cücərmiş buğdanın tərkibi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan həyat əhəmiyyətli vacib maddələr sağlam şəkildə arıqlamağa səbəb olur. Bu dieta, dietoloqlar tərəfindən qəbul edilmiş ən yaxşı pəhrizlərdən biri hesab edilir. Bu dietanı tətbiq etmək üçün isə aşağıdakılara əməl etmək lazımdır:
* buğdanı və ya qreçkanı yaxşıca yumaq
* onu şüşə və ya şirli qaba tökmək, üstünü örtəcək qədər soyuq su əlavə etmək
* cücərənə qədər suyunu vaxtaşırı dəyişmək.
Buğdanın cücərməsi üçün 14-48 saat vaxt lazımdır. Buğdanın suya isə 2-3 saatdan bir dəyişilməlidir. Buğda cücərdikdə isə onun üzərindən su götürüb təmizlənir və tənzifin üstünə sərilir. Buğdanın üstü də tənziflə örtülür və otaq temptarurunda saxlanılır. Aradabir tənzifin üstündən su çilənərək onun qurumasının qarşısı alınır. Bir-neçə gündən sonra buğda cücərməyə başlayır. Amma buğdanın 2 santimetrdən çox cücərməsinə yol vermək lazım deyil.
Bu şəkildə cücərmiş buğdanı acan zaman yemək və müxtəlif tərəvəzlərdən hazırlanmış salatlara qataraq qəbul etmək lazımdır.
Cücərmiş buğdanın tərkibi antioksidantlarla, vitaminlərlə və minerallarla çox zəngindir. Bu pəhriz piylənmənin qarşısını alır və orqanizmi artıq çəkidən xilas edir. Pəhriz zamanı qanda xolesterinin miqdarı azalır və orqanizmin zülal və karbohidratlara olan ehtiyacı bərpa edilir. Tərkibində olan E və B qrup vitaminləri isə pəhriz zamanı orqanizmin sağlam şəkildə arıqlamasına səbəb olur.
Buğda cücərtisini yeməkdə çətinlik çəksəniz üzərinə alma, moruq və ya limon şirəsi sıxaraq dadlandıra bilərsiniz.
Yadda saxlamaq lazımdır ki, cücərmiş buğda və ya qreçkanı 2 gündən artıq saxlamaq olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Buğdadan aşağıdakı kimi istifadə etdi, görün necə sürətlə arıqladı" haqqında müzakirə