Qoltuqaltı nahiyənizin dərisinin ağ olmasını istəyirsinizsə, o zaman aşağıdakıları mütləq oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 25 may 2017
  • Baxış sayı: 7 642
  • 0 rəy

Qoltuqaltı nahiyənizin dərisinin ağ olmasını istəyirsinizsə, o zaman aşağıdakıları mütləq oxuyun!

Qoltuqaltı nahiyənin dərisinin rənginin tünd olması yay aylarında qadınları çox narahat edir. Buna səbəb qoltuqaltı nahiyənin uzun illər ərzində ülgüclə təmizlənməsi olur. Yay aylarında isə qolsuz köynək geyindikdə qoltuqaltı nahiyənin dərisinin tünd olması qadınlarda sıxıntı yaradır. Hətta, ən yaxşı dezodorantlar və antiperisperantlar da bu görüntünü aradan qaldıra bilmir. Sizlərə aşağıdakı təbii vasitələrlə qoltuqaltı nahiyənin dərisinin ağardılamsı üsullarını təqdim edirik.

1. Kartof

Kartof qalın dilimlərə bölünür və qoltuqaltı nahiyəyə sürtülür. Kartof diliminin həmin nahiyədə 15-20 dəqiqə saxlanması da həmin hissənin ağarmasına səbəb olur. Saxladıqdan sonra qoltuqaltı nahiyə isti su ilə yuyulmalıdır. Proseduru gün ərzində istədiyiniz qədər təkrarlaya bilərsiniz.

2. Limon

Limon dilimi ilə qoltuqaltı nahiyəni silmək və ya limon dilimini 10 dəqiqə həmin nahiyədə saxlamaq dərinin ağarmasına səbəb olur. Limon dərini qıcıqlandırmırsa onu bir müddət artıq da saxlamaq mümkündür. Limonu götürdükdən sonra isə qoltuqaltına yumşaldıcı krem sürtmək lazımdır. Bu qıcıqlanmanın qarşısını alacaq.

3. Çay sodası

Çay sodasına az miqdar su əlavə edib qatı krem hazırlayın və qoltuqaltı nahiynizə sürtün. Bunu həftədə bir-neçə dəfə təkrarlayın. Soda ilə qoltuqaltını yumaq pis qoxunun da aradan qalxmasına səbəb olur.

4. Sirkə

Unla sirkənin qarışımından hazırlanmış kremi qoltuq altına qoyub 10-15 dəqiqə saxladıqda həmin nahiyə ağarır. Saxladıqdan sonra qoltuq altını isti su ilə yumaq lazımdır.Prosedur həftədə bir-neçə dəfə təkrarlanır.

5. Kakos yağı

Kakos yağı vitaminlərlə zəngindir. Duş qəbul etməzdən əvvəl qoltuq altına kakos yağı sürtüb 10-15 dəqiqə massaj eləmək həmin nahiyənin ağarmasına səbəb olur. Bu proseduru hər gün təkrarlamaq mümkündür.

Qoltuqaltı bölgənin dərisinin qaralmaması üçün nə etməli?

Qoltuqaltı dərinin rənginin tündləşməsinə səbəb həmin nahiyənin ülgüclə qırxılmasıdır. Qırxılan zaman tük follikulları sartləşir və daha cod tüklər çoxmağa başlayır. Bunun baş verməməsi üçün isə çalışın tüklərinizi mumla kökündən çıxarın. Tükləri kökündən çıxartdıqdan sonra isə həmin nahiyəyə kakos yağ sürtün. Qoltuqaltı nahiyənizin isə ən azı həftədə 1 dəfə dərindən təmizlənib ölü toxumalardam xilas olmağına nail olun
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qoltuqaltı nahiyənizin dərisinin ağ olmasını istəyirsinizsə, o zaman aşağıdakıları mütləq oxuyun!" haqqında müzakirə