Kəpəkdən qısa zamanda təbii vasitələrlə xilas olmaq istəyirsinizsə bunu mütləq oxuyun.
Xalq təbabtində müxtəlif üsullarla kəpəkdən xilas olmanın yolları vardır.
2 yumurtanın üzərinə 1 ədəd təzə limonun şirəsi sıxılır və natritetraborat (bor turşusu) əlavə edilib qarışım hazırlanır və fırça ilə başın dərisinə sürtülür. Yarım saat sonra saçlar massaj edilərək şampunla yuyulur. Saçlar yuyulduqdan sonra tüklərin dibinə biyan kökü dəmləməsi sürtülür və 3-5 dəqiqə sonra saçlar yaxalanıb qurudulur.
Kəpəkdən xilas olmanın yollarından biri də 30 qram kükürd mazını 3 qram gənəcərkək yağı ilə qarışdırıb tüklərin dibinə sürtməkdir. Bu qarışımı 30 dəqiqə tüklərin dibində saxlamaq və sonra yumaq kəpəklərin azalmasına tədricən isə yox olmasına səbəb olur. 3 prosedur kəpəyin tamamilə yox olmasına səbəb olur.
Mavi gil qaynar suya salınır və smetan qatılığı olana qədər həll edilir. Onu tüklərin dibinə sürtdükdə və daraqla saçları dardıqda saçlar kəpəkdən xilas olur. Bu gili başa sürtdükdə saçları ən az 100 dəfə daramaq lazımdır.
Baş dərisinin turşuluq balansının normallaşdırılması da tüklərin dibində kəpəyin əmələ gəlməsinin qarşısını alır. Bunun üçün saçları yuduqdan sonra sirkə qarışdırılmış su ilə yaxalamaq lazımdır. Bu 2 həftə ərzində hər gün təkrarlanır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kəpəkdən qısa zamanda təbii vasitələrlə xilas olmaq istəyirsinizsə bunu mütləq oxuyun." haqqında müzakirə