Qoltuqaltı tərləmələri nədən baş verir?
Qoltuqaltı tərləmələri nədən baş verir? Hiperhidroz nədir? Sən demə tərləmələrin səbəbi parazitlərdir.
Mütəxəssislər qoltuqaltı tərləmələrin orqanizmdə olan parazitlər səbəbindən baş verdiyini deyirlər. Son illərin araşdırmaları parazitlərin bəzi qida vasitələri ilə orqanizmı daxil olduğunu qeyd edirlər. Bəzi qida maddələri də parazitlərin artıb-çoxalmasına və bakteriyaların çoxalaraq artıq tərləmə əmələ gətirdiyini təsdiqləyirlər. Son illərə kimi həddindən çox tərləmənin vegetativ sinir sistemi ilə əlaqədar olduğu düşünülürdü. Düzdür, sinir sistemi tərləməyə səbəb ola bilir. Amma son illərin araşdırmaları həddindən çox tərləmələrin mədə-bağırsaq sistemində olan parazitlər səbəbindən baş verdiyini sübut edib. Parazitlər orqnizmdə nəinki hiperhidroza, hətta ən ağır xəstəliklərə səbəb ola bilir.Mütəxəssislər orqanizmdə müxtəlif xəstəliklərin baş verməməsi üçün bağırsaqlarda parazitlərin olub-olmamasını nəzarət altında saxlamağı məsləhət bilir. Bunun üşün isə ən azı ildə bir dəfə müayinə olunmaq lazımdır. Çünki araşdırmalar hətta xərçəngin əmələ gəlməsində parazitlərin rolu olduğunu sübut etmişdir.
Parazitlər insanın ürəyində kök salıb müxtəlif xəstəliklər əmələ gətirdiyini söyləyirlər. Ürəkdə parazitlərin kök salması qəfil ölümə də səbəb ola bilir.
Parazitlər qadın cinsiyyət orqanlarında müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilirlər. Yumurtalıqların iltihabı xəstəlikləri, fibromioma, mioma, fibroz-kistoz mastopatiya böyrəküstü vəzin xəstəlikləriu, sidik ifrazat sisteminin xəstəliklərinin əmələ gəlməsinə parazit xəstəlikləri səbəb ola bilir.
Parazitlər dərinin vaxtından əvvəl qocalmasına da səbəb olur. Orqanizmdə parazitlərin olmasını aşağıdakı əlamətlərdən bilmək olur:
- * həddindən çox tərləmə
- * allergiya əlamətləri
- * Tez-tez angina, soyuqdəymə xəstəliklərinin baş verməsi
- * xroniki yorğunluq
- * baş ağrıları
- * qəbizlik və ya ishal
- * bədəndə ağrılrın olması
- * əsəbilik
- * tez yorulma
- * əsəbilik, yuxunun pozulması
- * göz altında tünd rəngli torbaların əmələ gəlməsi
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qoltuqaltı tərləmələri nədən baş verir?" haqqında müzakirə