Tər iyindən necə xilas olmaq olar?
Tər insan orqanizminin termodinamikasında iştirak edir.Tər orqanizmim sərinləməsini təmin edir. Onun tərkibi su və duzdan ibarətdir. Amma qoltuqaltı və qasıq nahiyəsində müxtəlif bakteriyaların olması oradan xaric olan tərin tərkibini dəyişir və həmin nahiyələr iylənməyə başlayır. Bunun baş verməməsi üçün nə etmək lazımdır?
Mütəxəssislər tər iyindən xilas olamağın yolunu tapa bilmədikləri üçün çox tərləyən və iylənən nahiyələri aşağıdakı qaydalara əməl etməklə iylənməyinin qarşısının alınmasını məsləhət görürlər:
1. Tərləyib iylənən nahiyə gün ərzində ən azı 2 dəfə duşla yuyulmalıdır.
2. Həmin nahiyə təmiz qurulanıb 10 saniyə ərzində dezoderant püskürtmək və havalandırmaq lazımdır.
3. Antiperesperant sürtməklə isə siz tərin bakteriyalara qarışıb iylənməsinin qarşısın ala bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Tər iyindən necə xilas olmaq olar?" haqqında müzakirə